25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tarif Şurasının növbəti iclasında bir sıra qərarlar qəbul edilib

Tarif Şurasının növbəti iclasında bir sıra qərarlar qəbul edilib

Tarif (qiymət) Şurasının avqustun 31-də növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.

Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” 2022-ci il 23 avqust tarixli Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının aksiz dərəcələrində dəyişiklik olunub. Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə dəyişdirildiyindən Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2022-ci il 26 iyul tarixli Qərarına yenidən baxılması və Nazirlər Kabinetinin Qərarına uyğunlaşdırılması zərurəti yaranıb.

Qeyd edək ki, aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətinə təsir göstərmir və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir. Belə ki, Tarif (qiymət) Şurasının Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymət zəncirində daxili dəyişiklik edilərək, artan aksiz məbləğləri qədər istehsalçı tarifləri azaldılıb, topdansatış tarifləri isə mövcud səviyyədə saxlanılıb. Qərar sentyabrın 1-dən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, indiyədək qiymətləri təsdiq edilmiş dərman vasitələrinin sayı 13 min 347 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması