19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Belçika ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Pitermans ilə görüşüb.

Elnur Əliyev Azərbaycanın Avropa İttifaqı ölkələri, o cümlədən Belçika Krallığı ilə əlaqələrinin inkişaf etdiyini vurğulayıb, qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların iqtisadi əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Nazirin birinci müavini iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, əczaçılıq sənayesi və kənd təsərrüfatı üzrə əməkdaşlığın gücləndirilməsi, Belçika şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl” enerji layihələrində, habelə, Ələt Azad İqtisadi Zonasında, “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında iştirakı üçün imkanların olduğunu diqqətə çatdırıb.

Səfir Mişel Pitermans ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirib, yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə bu ilin noyabr ayında Belçikanın Azərbaycana nəzərdə tutulan ticarət missiyasının təşkili, qarşılıqlı investisiya qoyuluşu və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?