24 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq sertifikatlara layiq görülüb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC Avstraliyanın “TÜV Austria Cert GmbH” şirkəti tərəfindən bir neçə “IMS” sertifikatına - EN ISO 9001:2015 (“Keyfiyyət İdarəetmə Sistemi” beynəlxalq standartı), EN ISO 14001:2015 (“Ətraf Mühiti İdarəetmə Sistemi” beynəlxalq standartı), ISO 45001:2018 (“Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyini İdarəetmə Sistemi” beynəlxalq standartı) – layiq görülüb.

“SOCAR Polymer” MMC-nin fəaliyyətinin beynəlxalq standartlara cavab verdiyini ‘ks etdirən bu sertifikatlar şirkətin istehsal etdiyi məhsulun ixrac imkanlarının daha da genişləndirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, “SOCAR Polymer” MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət Sənaye Parkının ərazisində fəaliyyət östərən və Kanada, Avstriya texnologiyalarından istifadə etməklə yaradılan müəssisəinin illik gücü 184 min ton polipropilen (PP) və 120 min ton yüksək sıxlıqlı polietilen istehsalıdır. İndiyədək “SOCAR Polymer” MMC 984 milyon manatlıq məhsul istehsal edib, bunun da 885 milyon manatlıq hissəsi (90%-i) ixrac edilib. İstehsal olunan məhsullar dünyanın 15 ölkəsinə “Made İn Azerbaijan” brendi ilə ixrac olunur. İnvestisiya dəyəri 864 milyon ABŞ dolları olan müəssisədə 750 nəfərdən çox insan daimi işlə təmin edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?