19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura və Dövlət Vergi Xidməti arasında görüş keçirilib

Vergi qanunvericiliyinə ediləcək dəyişikliklərin sahibkarların maraqlarını təmsil edən ictimai birliklərlə birgə müzakirə çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Nazirlik yanında İctimai Şura arasında görüş keçirilib.

Görüşdə DVX-nin Vergi Siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Növbəti ilin büdcə vergi siyasəti çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı Qanun layihəsi” mövzusunda təqdimatla çıxış edib.

Qarşılıqlı müzakirə şəraitində keçirilən tədbirdə növbəti il üçün vergi qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri ilə yanaşı, ötən dövrlər ərzində aparılmış islahatların müsbət nəticələri barədə də İctimai Şura üzvlərinə ətraflı məlumat verilib. Nicat İmanov dəyişikliklərin əsas istiqamətlərindən olan investisiya mühitinin, eləcə də yerli istehsalın təşviqi üçün vergi yükünün azaldılması məqsədilə işğaldan azad edilmiş ərazilərimizdə, həmçinin aqrar emal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi təşviqlərinin verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Görüş iştirakçılarına dəyişikliklər paketində sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması, habelə bir sıra inzibatçılıq müddəalarının dəyişdirilməsi kimi istiqamətlər barədə də məlumat verilib.

Görüş iştirakçılarının bir sıra məsələlərin müzakirəsinin növbəti görüş zamanı davam etdirilməsi təklifi DVX nümayəndələri tərəfindən müsbət qarşılanıb.

Gələcəkdə müzakirələrin effektivliyinin daha da artırılması üçün görüşlərin müvafiq fəaliyyət sahələri üzrə işçi qrup çərçivəsində keçirilməsi təklif edilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?