24 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikro və kiçik sahibkarların satış imkanları genişlənir

Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların satışına dəstək məqsədilə tədbirlər davam edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, KOB-ların məhsullarının ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək mexanizmi çərçivəsində “Bolmart” marketdə mikro və kiçik sahibkarların məhsullarının satışına başlanılıb. Burada mikro və kiçik sahibkarın bal və arıçılıq məhsulları, un və un məmulatları, granola qida məhsulu, alkoqolsuz içkilər, alma sirkəsi, quru meyvə, ədviyyatlar və digər məhsulları satılır. KOB-ların iri ticarət şəbəkələrinə çıxışına və satış yerlərinin icarəsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstək göstərilir. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Bolmart” marketdə müvafiq stenddə məhsulların satışı ilə maraqlanıb. İndiyədək KOBİA-ya ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmaq istəyən sahibkarlardan 59 müraciət daxil olub. Mexanizm çərçivəsində Agentlik tərəfindən ticarət şəbəkələrində müvafiq yerlər icarəyə götürülərək burada KOB-ların məhsullarının satışı həyata keçirilir. Digər ticarət şəbəkələri ilə də müvafiq istiqamətdə işlər aparılır, eyni zamanda, mexanizmdən yararlanmaq istəyən mikro və kiçik sahibkarlardan müraciətlərin qəbulu davam edir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?