19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İrimiqyaslı torpaq və geobotaniki tədqiqat işləri davam edir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkəmizin regionlarında irimiqyaslı çöl torpaq tədqiqatı işləri davam etdirilir. Məqsəd torpaqların münbitliyinin öyrənilməsi, dövlət mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsidir. Bundan başqa, torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən edilməsi, onlara qarşı mübarizə tədbirlərinin aparılması, torpaqların dövlət qeydiyyatı (kadastrı), iqtisadi qiymətləndirilməsi də əsas prioritetlərdəndir.

2022-ci ilin aprel ayından indiyədək yay və qış otlaqlarında (örüş-otlaq sahələrində) Beyləqan rayonu üzrə 32 208 hektar, Bərdə rayonu üzrə 5 233 hektar, Şəmkir rayonu üzrə 19 056 hektar, Ucar rayonu üzrə 5 067 hektar, Samux rayonu üzrə 26 770 hektar ərazidə çöl torpaq tədqiqatı işləri yerinə yetirilib. Bu il ərzində daha 4 rayonun ərazisindəki dövlət torpaqlarında çöl torpaq tədqiqatı işlərinin aparılması planlaşdırılır.

İşğaldan azad olmuş Zəngilan rayonunda 01.07.2022-ci il tarixinədək 37 623 hektar ərazidə torpaqların təyinatı üzrə uçot işləri, 37 104 hektar sahədə torpaq tədqiqatı, 27 460 hektar sahədə geobotaniki tədqiqat işləri aparılıb. Bununla yanaşı, 3 577 hektar ərazidən isə aqrokimyəvi analizlər aparmaq məqsədilə torpaq nümunələri götürülüb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?