15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Manatın məzənnəsinin qorunması üçün kifayət qədər iqtisadi faktorlar mövcuddur

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb.

Mövzunu şərh edən millət vəkili Vüqar Bayramov bunun 1994-cü ildən bəri ən yüksək artım olduğunu deyib. Diqqəti FED sədri Cerom Pauellun uçot dərəcəsini növbəti ayda da yenidən artırılacağını istisna etmədiyinə çəkən V.Bayramov qurumun infilyasiyanı tənzimləmək üçün uçot dərəcəsini yüksəltməkdə israrlı göründüyünü vurğulayıb.
“Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 175 baza bəndi artıraraq 3,4 faizə çatdırılacağını bildirirlər. FED bu il infilyasiyanı 2 faiz proqnozlaşdırsa da, aprel ayında 12 aylıq qiymət artımı səviyyəsi 6,3 faizə yüksəlib. Bu, son 40 ildə ABŞ-da ən yüksək infilyasiya göstəricisidir. Digər tərəfdən, ÜDM-də artım 2,8 faiz proqnoza qarşı 1,7 faiz olub. Bütün bunlar FED-in kəskin dərəcə artımlarına getməyə məcbur edib”, - V.Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, FED uçot dərəcəsini artırmamışdan öncə, hətta dərəcənin yüksələcəyi ilə bağlı xəbərlər yayılandan sonra birjalar buna reaksiya verdi: “Təbii ki, ən çox verilən sual ənənəvi idi: dünya bazarında dollar kəskin bahalaşacaqmı? Artıq dollar əksər səbət valyutalara nisbətən möhkəmlənib. Ötən həftə “özünə gələn” Avropa pulu yenidən dollara qarşı ucuzlaşaraq 1 avronun qiyməyi 1,04 dollaradək enib. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də, ABŞ birjalarında aktivlik müşahidə olunur”.
Manatın məzənnəsinə gəldikdə, V.Bayramov bildirib ki, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: “Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da, təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir”.
Millət vəkilinin sözlərinə görə, bütün bunlarla yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.
VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?