9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Litva biznes-forumu işini müzakirələrlə davam etdirib

Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Litva biznes-forumu işini müzakirələrlə davam etdirib.

Hər iki ölkənin rəsmiləri ilə yanaşı, İKT, qida sənayesi, kənd təsərrüfatı, tikinti, təhsil, tibb və digər sahələri təmsil edən iş adamlarının iştirakı ilə keçirilən biznes-forumda Azərbaycan-Litva iqtisadi əməkdaşlığı barədə məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçılarının biznes-forumda iştirakının əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən dəstəyin və önəmin göstəricisi olduğunu vurğulayıb.

Qeyd olunub ki, iki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub, keçirilən tədbirlər, aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə stimul verəcək. Bununla yanaşı, “Şərq Tərəfdaşlığı” təşəbbüsü, Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələrimizin genişlənməsində, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli platformalardır.

Tədbirdə, həmçinin Azərbaycanın əlverişli biznes və investisiya mühiti, güzəştlərin tətbiq edildiyi sənaye parkları, aqroparklar barədə məlumat verilib. Vurğulanıb ki, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri Litva ilə tərəfdaşlığın inkişafına şərait yaradır. Belə ki, “yaşıl” iqtisadiyyatın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətlərində əməkdaşlıq üçün böyük perspektivlər var. “Aİ Biznes Mühiti Hesabatı 2021” hesabatına əsasən, Azərbaycanda təmsil olunan Avropa İttifaqı ölkələri şirkətlərinin 80 faizinin iqtisadi fəaliyyət üçün yenidən ölkəmizi seçmək, 53 faizinin isə Azərbaycanda biznes fəaliyyətini genişləndirmək niyyətini vurğulayan iqtisadiyyat naziri Litva iş adamlarını ölkəmizdə yaradılmış biznes mühitindən yararlanaraq fəal əməkdaşlığa dəvət edib.

Litvanın iqtisadiyyat və innovasiya nazirinin müavini xanım Jovita Neliupşiene ölkəsinin Azərbaycanla tərəfdaşlığa önəm verdiyini qeyd edib, iqtisadi əlaqələrin inkişafı potensialı barədə fikirlərini bölüşüb. Azərbaycanda “yaşıl” iqtisadiyyata keçid istiqamətində görülən işləri vurğulayan nazir müavini bu sahədə əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliyini ifadə edib. Qeyd olunub ki, enerji, İKT, turizm, nəqliyyat və digər sahələrdə də tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar vardır.

Sonra Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Litva Prezidentinin müşaviri Vaidas Auqustinavicius biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.

Biznes-forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?