19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov Səngəçal terminalına səfər edib

İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Səngəçal terminalına səfərinə dair məlumat

Səfər neft və qazın qəbulu, texnoloji emalı və ixracı üzrə dünyanın ən böyük terminallarından biri hesab olunan və beynəlxalq standartlara cavab verən bu obyektin işinə yerində baxış keçirmək, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə etmək məqsədi daşıyıb.

Səfərin gündəliyi terminalın tarixi, cari əməliyyatlar, terminaldakı qurğuların funksiyaları və həyata keçirdiyi proseslər barədə təqdimatlardan və perspektiv imkanların müzakirəsindən ibarət olub.

Terminalda nümayəndə heyətinin bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons və bp-nin regional rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib.

Sonra Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz texnoloji qurğular ərazisi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) birinci kompressor stansiyası, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, Mərkəzi Dispetçer Məntəqəsi, SOCAR-ın ölçü məntəqəsi və digər obyektlərə tur təşkil edilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?