19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bolqarıstanla əməkdaşlıq perspektivləri müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov paytaxt Sofiya şəhərində Bolqarıstanın Baş naziri Kiril Petkov ilə görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, görüşdə iki ölkə arasında Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.

Pərviz Şahbazov regional və qlobal enerji təchizatının təmin olunmasında Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələrin əhəmiyyətinə diqqət çəkərək, ölkəmizin bundan sonra da bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu bildirib. Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün atılan zəruri addımlar haqqında danışan nazir, Azərbaycan təbii qazının növbəti onilliklərdə diversifikasiya və enerji keçidi prosesinə verəcəyi töhfələri qeyd edib.

Baş nazir Kiril Petkov isə Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan və TAP boru kəmərinə qoşulacaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsinin icrası barədə danışaraq, boru kəmərinin kommersiya istismarına hazır olması üçün lazımi addımların atıldığını bildirib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?