19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azəri-Çıraq-Günəşli” yatağında birinci rübdə ümumi hasilat 5 milyon ton olub

Bu ilin ilk üç ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

“BP Azerbaijan” şirkətindən bildirilib ki, rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (25 min), “Mərkəzi-Azəri” (106 min), “Qərbi-Azəri” (112 min), “Şərqi-Azəri” (70 min), “Dərinsulu Günəşli” (79 min) və “Qərbi-Çıraq” (42 min) platformalarından birlikdə – gündə orta hesabla 434 min barel və ya ümumilikdə təxminən 39 milyon barel, yəni 5 milyon ton olub.

Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Birinci rüb ərzində AÇG-də 3 neft hasilatı quyusu tamamlanıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?