19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnvestorlara təqdim etmək üçün KOB subyektlərindən investisiya layihələri qəbul olunur

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli layihələrə investisiyaların cəlb olunması məqsədilə KOB subyektlərindən layihələr qəbul edir.

KOBİA-dan bildirilib ki, investisiya layihələri ixracyönümlü və idxalı əvəz edən, yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalını nəzərdə tutmaqla, qeyri-neft sektorunun prioritet istiqamətlərini əhatə etməli, yeni müəssisələrin yaradılmasını və ya innovativ alətlərin tətbiqi ilə mövcud müəssisələrin və bizneslərin yenidən qurulmasını təmin etməlidir.

KOB subyektlərindən daxil olan layihələr ekspertlər tərəfindən qiymətləndiriləcək, prioritet istiqamətlərə uyğun olan layihələrin maliyyə göstəriciləri qısa və uzunmüddətli dövrlər üçün təhlil edilərək həmin layihələr üzrə maliyyə modelləri qurulmaqla yeni formada işlənib hazırlanacaq.

Yekun investisiya layihələri KOBİA tərəfindən maraqlı investorlara təqdim ediləcək.

Müraciət etmək istəyən KOB subyektlərindən müraciət formasını (https://bit.ly/3kFMdhL) doldurmaqla iyunun 3-dək göndərmələri (e-mail: [email protected]) xahiş olunur.

KOB subyektinin əlavə sualı yaranarsa: (012) 511-05-11, Heydər Abışov.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?