1 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidmətində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri və KİV təmsilçiləri ilə görüş keçirilib.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ictimai fikirin qurum üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, Xidmətdə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayımlanan fikirləri diqqətlə təhlil edilir, fəaliyyətin təkmilləşdirilməsi və görülən işlərin operativ işıqlandırılması istiqamətində tədbirlər görülür.

Görüşdə həmçinin, antiinhisar nəzarəti və rəqabət sahələrində aparılan institusional islahatlar, Rəqabət Məcəlləsinin mahiyyəti və rəqabətin təşviqi üçün istifadə olunan yeni alətlər barədə məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması məqsədilə prosedurların icra edilməsində maksimum rəqəmsallaşmaya üstünlük verilir. Qeyd edilib ki, bu baxımdan dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən “Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsinin hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.

Tədbirdə ictimaiyyət nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi və Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı ictimaiyyəti maraqlandıran məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?