13 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aprelin 19-da keçirilən hərracda 15 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə hərracların təşkil olunması davam etdirilir. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda 1 yarımçıq tikili, 14 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 40 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 8.500 “HOWO” markalı yük avtomobilinə edilən ən son təklif 12.000 manatadək yüksəlib. Bundan başqa, “BMW” markalı nəqliyyat vasitəsinin ilkin start qiyməti 2.500 manat olsa da, nəqliyyat vasitəsi 3.650 manata özəlləşdirilib.

Özəlləşdirilən yarımçıq tikili isə İsmayıllı rayonunda yerləşir.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 251.200 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3Omt9Tp)

Məlumat üçün bildiririk ki, aprel ayı üzrə daha 2 hərrac keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.

Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?