7 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən ay ölkəyə gələn əcnəbilərin sayında 112 faiz artım müşahidə olunub

Mart ayında ölkəyə gələn əcnəbilərin sayı açıqlanıb. Dövlət Turizm Agentliyi xəbər verir ki, ötən ay Azərbaycana 95 844 xarici vətəndaş gəlib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 112 faiz artım deməkdir. Belə ki, 2021-ci ilin martında ölkəyə 45 110 əcnəbi gəlmişdi.

Bu ilin birinci rübündə isə 246 277 xarici vətəndaş ölkəmizə səfər edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 110 faiz artım olub. Belə ki, 2021-ci ilin birinci rübündə Azərbaycana 117 227 əcnəbi gəlib.
Mart ayında ən çox əcnəbinin gəldiyi ölkələr sırasında Türkiyə, Rusiya, İran, Gürcüstan və Ukrayna ilk beşlikdə qərarlaşıb. Türkiyədən 24 244, Rusiyadan 17 824, İrandan 15 638, Gürcüstandan 5483, Ukraynadan isə 5327 əcnəbi ölkəmizə daxil olub.

Bu ilin martında Pakistandan gələnlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artım qeydə alınıb. Belə ki, 2019-cu ilin üçüncü ayında 2733 nəfər gəlmişdisə, bu ilin martında isə bu rəqəm 46,4 faiz artaraq 4001 nəfər təşkil edib.

Rüblük göstəricidə isə Səudiyyə Ərəbistanından ölkəmizə gələnlərin sayında artım qeydə alınıb. Belə ki, 2019-cu ilin I rübündə 6437 nəfər, bu ilin müvafiq dövründə isə 20,4 faiz artımla 7751 əcnəbi ölkəmizə gəlib.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?