Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri artıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,20 dollar bahalaşaraq 102,78 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,23 dollar artaraq 98,26 dollar olub.