17 May 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Aprelin 5-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, kuponlu, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, faiz gəliri 3,5 faiz, tədavül müddəti 728 gündür. İstiqrazlar 2024-cü il aprelin 2-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

VergiDövlət Vergi Xidmətinin rəisi “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə görüşüb İqtisadiyyatMikayıl Cabbarov Səngəçal terminalına səfər edib MüsahibələrVasif Eyvazzadə: Azərbaycanda yaradıcı iqtisadiyyatın inkişafı üçün böyük potensial var MÜSAHİBƏ VergiDövlət Vergi Xidmətinin rəisi AHK İmpuls tədbirinin qonağı olub İqtisadiyyatKİV nümayəndələri 195-1 Çağrı Mərkəzi ilə tanış olublar REPORTAJ VergiVergi daxilolmalarının 68,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb İqtisadiyyatƏmlak Xidmətləri Məkanında bir gün FOTOREPORTAJ İqtisadiyyatİstedadlarla karyera yolları arasında körpü MüsahibələrMehdi Babayev: Şəffaflıq istiqamətində vergi tətbiqləri vergi ödəmə mədəniyyətini formalaşdırıb MÜSAHİBƏ VergiDövlət Vergi Xidmətinin rəisi bank sektorunun nümayəndələri ilə görüşüb