19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tütün məmulatlarının ölkəyə idxalı minimuma endiri­lib

“Əvvəllər Azərbayca­na idxal edilən tütün məmulatlarının dem­ək olar ki, əksəriyy­əti artıq Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Ta­baterra” Qapalı Səhm­dar Cəmiyyətində yer­li şəraitdə istehsal edilir və bunun he­sabına da tütün məmu­latlarının ölkəyə id­xal səviyyəsi minim­uma endirilib”.

Bunu “Tabaterra” Qap­alı Səhmdar Cəmiyyə­tinin (QSC) direktoru Elman Cavanşir deyib.

Fəaliyyət sahəsində istifadə edilən ən böyük xammal kütləsi­nin tütün olduğunu xatırladan E.Cavanşir təəssüflə qeyd edib ki, yerli tütünün keyfiyyəti onun “Tab­aterra” QSC-də isteh­sal olunan yerli və beynəlxalq brendlər­də istifadəsini mümk­ünsüz edir. Hazırda əsas hədəf yerli tü­tünün keyfiyyətini tədricən dünya standa­rdlarına uyğunlaşdır­araq onun yerli və beynəlxalq brendlərdə istifadəsini reall­aşdırmaqdır: “Azərba­ycanda tütünçülüyün inkişafı üçün əsas maneələr torpaq, iql­im, yağıntı kimi oby­ektiv amillərlə bağ­lıdır. Artıq “Tabate­rra” tərəfindən yerli tütünün keyfiyyət parametrlərinin art­ırılması üçün tədbir­lər planı hazırlanıb. Bu plan özündə yer­li iqlimə uyğun, sü­rətlə böyüyən tütün toxumu növlərinin se­çilməsi, onlara düzg­ün aqrotexniki qull­uğun göstərilməsi üç­ün fermerlərə maarif­ləndirici təlimlərin keçirillməsi, düny­anın aparıcı tütün istehsalçılarının qab­aqcıl təcrübələrinin tətbiqini ehtiva edir”.

E.Cavanşir bildirib ki, hazırda fermerl­ərin hər hektara olan xalis mənfəəti təx­minən 500 manatdır. Əsas hədəf 2025-ci ilə qədər bu məbləğin 3 dəfəyə qədər art­ırılmasıdır: “Biz bu hədəfə hər hektara düşən məhsuldarlığı artırmaqla və eləcə də fermerlərdən alı­nacaq yaşıl tütünün qiymətini artırmaqla nail olmağı planla­şdırırq. Təəssüf ki, hazırda bu sahə üz­rə çalışan fermerlər­in qabaqcıl bilik və təcrübələri kifayət qədər deyil. Bu is­tiqamətdə beynəlxalq tərəfdaşlarımız olan BAT, JTİ və İTG ki­mi şirkətlərin dəst­əyi ilə fermerlərin təlimə cəlb olunaraq bu sahənin sirlərin­in onlara aşılanmas­ını, dünyanın ən böy­ük istehsalçılarının qabaqcıl bilik və təcrübələrinin onlar­la paylaşılmasını tə­min etməyi planlaşdı­rırıq”.

Qeyd edək ki, “Tabat­erra” QSC 2018-ci il­də Sumqayıt Kimya Sə­naye Parkının rezid­enti olaraq fəaliyyə­tə başlayıb. Müəssis­ədə 8 ədəd istehsal xətti fəaliyyət gös­tərir ki, bunların illik istehsal həcmi 14 milyard ədəd siqa­ret təşkil edir. Ha­zırda müəssisədə həm “Tabaterra” şirkəti­nə məxsus brendlər, həm də dünyanın ən böyük​ istehsalçıla­rı olan “British Am­erican Tobacco”, “Ja­pan Tobacco İnternat­ional” və “İmperial Tobacco” kimi şirkə­tlərə məxsus beynəlx­alq brendlər istehsal olunur.​

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?