14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dubayda İllik İnvestisiya Konfransı çərçivəsində Azərbaycan - BƏƏ KOB Forumu keçirilib

Martın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması" mövzusunda 11-ci İllik İnvestisiya Konfransı (Annual İvestment Meeting – AİM) öz işinə başlayacaq. Ənənəvi olaraq hər il keçirilən tədbir çərçivəsində konfrans, dövlət rəsmiləri, eləcə də iş adamları arasında ikitərəfli görüşlər, sərgi və digər tədbirlər təşkil olunur.

İllik İnvestisiya Konfransı çərçivəsində martın 28-də “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda kiçik və orta biznes (KOB) üzrə Forum keçirilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və “NEQSOL Holdinq”in dəstəyi ilə keçirilmiş “Azərbaycan-BƏƏ KOB Forumu: biznesləri birləşdirən, ölkələri birləşdirən” adlı tədbirin məqsədi KOB-lar üçün imkanlar haqqında müzakirələr aparmaq, KOB-ların şəbəkələşməsi və fikir mübadiləsi aparması üçün birgə platformanın təmin edilməsidir.

Tədbirdə çıxış edən Azərbaycan Respublkasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda həyata keçirilən sosial islahatlar, özünüməşğulluq proqramı, DOST mərkəzlərinin fəaliyyəti, sosial ödənişlərin elektron təyinatı mexanizmləri barədə məlumat verib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi–ticarət əlaqələri, enerji və BƏƏ-nin müvafiq qurumları ilə KOB sahəsində əməkdaşlıq, Agentlik tərəfindən yerli və xarici iş adamlarına göstərilən dəstək barədə danışıb.

Dubay Ticarət və Sənaye Palatasının Xarici əlaqələr idarəsinin rəhbəri Omar Xan çıxışında Azərbaycan və BƏƏ arasında KOB sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb, bu istiqamətdə palatanın birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu qeyd edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev, “AzerTelecom” MMC-nin İdarə Heyətinin sədri Stuart Evers, eləcə də biznes assosiasiyaların nümayəndələri və müxtəlif ölkələrdən olan iş adamları çıxışlarında birgə biznes təşəbbüslərinə, rəqəmsallaşmanın iqtisadi inkişafda roluna dair fikirlərini bölüşüblər.

Sonra tədbir iştirakçıları “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda olublar.

Həmin gün həmçinin, KOBİA-nın təşkilatçılığı ilə “Post-pandemiya dövründə KOB-lara dəstək mexanizmləri: dövlət-özəl dialoqunun effektivliyi” mövzusunda seminar keçirilib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?