17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İxracatçıların nəzərinə!

İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində yaranmış problemlərlə əlaqədar Nazirlər Kabinetinin Qərarı ilə bəzi məhsulların ixrac olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən rəy verilməsi müəyyən edilmişdir.

Bununla əlaqədar olaraq bildiririk ki, həmin malların ixracı ilə məşğul olan sahibkarlar İqtisadiyyat Nazirliyinə poçt vasitəsilə və ya elektron üsulla (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) müraciət edə bilərlər. Daxil olmuş müraciətlərə İqtisadiyyat Nazirliyi tərəfindən 5 iş günü müddətində baxılaraq müvafiq cavab veriləcəkdir.

Prosesin fasiləsizliyinin təmin edilməsi üçün İqtisadiyyat Nazirliyinin müvafiq strukturları bayram günlərində də adi iş rejimində fəaliyyət göstərir.

Əlavə suallarla 195-2 Çağrı Mərkəzinə müraciət edilə bilər.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri