18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Ağcabədi taxıl Aqropark" istehsal həcmini artırmağı planlaşdırır

Ölkə üçün çox əhəmiyyətli və strateji məhsul sayılan buğda, arpa, qarğıdalı və pambıq məhsullarının istehsalı ilə məşğul olan “Ağcabədi taxıl Aqropark” ötən illə müqayisədə bu il istehsal həcmini təxminən 10 faiz artırmağı planlaşdırır.

Aqroparkın icraçı direktoru Elman Kərimov bildirib ki, 2022-ci il ərzində 6428 ton arpa, 3582 ton buğda, 11084,4 ton qarğıdalı, 1864 ton pambıq, 61580 ton silos istehsalı proqnozlaşdırılır: “Əsas profilimiz ikili əkin - pambıq və qarğıdalı istehsalıdır. Buna görə də pambıq və qarğıdalı istehsalını artırmağı planlaşdırırıq. Hazırda qarğıdalı bu növ məhsulun yetişdirilməsi üçün ən əlverişli ərazilərdən olan Ağcabədi rayonunda becərilir”.

E.Kərimovun sözlərinə görə, aqropark hazırda yalnız bərk buğda növü istehsal edir ki, bu da makaron istehsalı üçün yararlıdır. Gələcəkdə isə çörək üçün yararlı olan buğda növünün istehsalının təşkili də planlaşdırılır.

İcraçı direktor qeyd edib ki, qarşılarında dayanan ən əsas məqsəd daxili bazarın tələbatını ödəmək, istehlakçıları keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsulla təmin etməkdir. Aqropark yerli bazarı məhsulla tam təmin etdikdən sonra ixracla bağlı planlar üzərində çalışacaq.

Qeyd edək ki, aqroparkın ümumi sahəsi 3 min, faktiki əkin sahəsi 1368 hektardır. Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına İqtisadiyyat Naziriliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 9,8 milyon manat güzəştli kredit verilib.​

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?