19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Finca Azərbaycan” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Martın 15-də “Finca Azərbaycan” QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

BFB-dən bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 3 min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 12,5 faiz, tədavül müddəti 2 il, ticarətə buraxılma tarixi martın 15-dir. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, martın 1-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Finca Azərbaycan” QBKT MMC -nin ümumi dəyəri 3 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?