10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidməti ilə ADA Universiteti arasında memorandum imzalanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə ADA Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənədin imzalanmasında məqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir.

Sənədi Universitetin İcraçı prorektoru Fariz İsmayılzadə və Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli imzalayıblar.

ADA Universitetinin dövlət və özəl sektorda faəliyyət göstərən qurum və şirkətlərlə davamlı olaraq əməkdaşlıq etdiyini vurğulayan Fariz İsmayılzadə Dövlət Xidməti ilə qurulan əməkdaşlığın strateji xarakter daşıdığını, Universitetin tələbə və müəllim heyətinin elmi və praktiki potensialı vasitəsilə bu əməkdaşlığın daha da genişlənəcəyini bildirib.

Universitetlə əməkdaşlığın əhəmiyyətindən danışan Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qeyd edib ki, bazarda ədalətli rəqabət mühitinin təmin olunması, keyfiyyət infrastrukturunun qurulması, dövlət satınalmalarına nəzarətin təkmilləşdirilməsi və sair qarşıya qoyulan məqsədlərə çatmaq üçün Xidmətin bilik və bacarıqlı gənclərə ehtiyacı var.

Memoranduma əsasən, tərəflər təhsil və texnologiya sahələrində innovativ fəaliyyəti sürətləndirmək məqsədilə birgə layihə və tədqiqatlar həyata keçirəcək, konfrans, təlim və seminarlar təşkil edəcəklər.

Memorandum ADA tələbələrinə istehsalat təcrübəsinin təşkilini, onların yay təcrübə proqramlarında iştirakını və sertifikatla təmin edilməsini, habelə məzunların və xüsusi istedadlı tələbələrin işlə təmin edilməsini nəzərdə tutur.

Əməkdaşlıq Memorandumu çərçivəsində Dövlət Xidmətinin əməkdaşları üçün Universitet tərəfindən İxtisasartırma kursları təşkil ediləcək, tələbələri Dövlət Xidmətinin fəaliyyəti və Xidmətdə mövcud olan vəzifələr haqda məlumatlandırmaq üçün Universitetdə “Karyera günləri” keçiriləcək. Bununla yanaşı, ikitərəfli əlaqələrdə davamlılığın təmin edilməsi, eləcə də müvafiq peşə sahələrinə uyğun kadr potensialının gücləndirilməsi istiqamətində tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya mövzuları Dövlət Xidmətinin həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndiriləcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?