2 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Martın 9-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, hərraca çıxarılan notun həcmi 100 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar aprelin 6-da ödəniləcək. Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır və verilmiş sifarişlərin nominal məbləği hərraca çıxarılmış notların həcmindən artıq olmamalıdır. Notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.4205 - 99.5351 təşkil edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ