19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 2 faydalı qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilib

Yerin təkindən səmərəli istifadə, bu sahəyə investisiya qoyuluşu ölkə iqtisadiyyatına töhfə verən amillərdəndir. Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır. Bu baxımdan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 4 mart tarixində keçirilib.

Hərracda Qazax rayonunda yerləşən “Daş Salahlı” əhəngdaşı yatağının 1.8 hektar sahəsi, Ağsu rayonun “Girdimançay” qum-çınqıl yatağının isə 5 hektar sahəsi istifadəyə verilib.

Hərraca çıxarılan “Daş Salahlı” əhəngdaşı yatağının LOT-1 və LOT-3 üzrə qalibi müvafiq olaraq "Nigar" MMC və fiziki şəxs Güliyev Elxan olub. “Girdimançay” qum-çınqıl yatağının LOT-1 üzrə keçirilən hərracının qalibi isə fiziki şəxs Hacıyev Hacıağa olub.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3IKcExo)

Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?