Birjalarda neft qiymətləri
Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşmaqda davam edir.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 3,99 dollar artaraq 116,92 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 3,74 dollar artaraq 114,34 dollar olub.