3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqabət Məcəlləsinin qəbulu ölkəmizə investorların marağını artıracaq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Rəqabət Məcəlləsinin hazırlanması üzrə işçi qrupunun beynəlxalq təcrübəni nəzərə alaraq çox mütərəqqi bir sənəd hazırladığını, Məcəllənin bu il qəbul olunmasının nəzərdə tutulduğunu qeyd edib. Bakı Mühəndislik Universitetinin baş müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ceyhun Vəliyev “vergiler.az”a Rəqabət Məcəlləsinin qəbul olunması zərurəti ilə bağlı mülahizələrini bildirib.

Rəqabət Məcəlləsinin qəbul olunması ölkəmizin iqtisadiyyatına, xüsusən regionların iqtisadi inkişafına mühüm töhfə verəcək. Rəqabət siyasətinin əsas məqsədi iqtisadi subyektlər arasında səmərəli və ədalətli rəqabəti təmin etmək üçün rəqabət azadlığını qorumaq və rəqabət üçün şərait yaratmaqdır. Rəqabət siyasətinin həyata keçirilməsi müəssisələrin rəqabət qabiliyyətini artırır və iqtisadi artımın təmin edilməsinin əsas şərtləri olan resurslardan optimal istifadəni və sosial rifahın ən yüksək səviyyəsini təmin edir.

Ölkəmizdə rəqabət mühiti formalaşsa da, bunun qanunla tənzimlənməsinə ehtiyac yaranmışdı. Çünki səmərəli istehsal və şirkətlər arasında rəqabət daha çox və daha keyfiyyətli və daha ucuz məhsul istehsalına səbəb olur və bazara daha geniş çeşiddə məhsullar çıxarılır. Bazardakı rəqabət innovasiyaları təşviq edir. Daha yaxşı məhsul istehsal etməyə çalışan şirkətlər meydana çıxır.

Rəqabət Məcəlləsinin tətbiqi Azərbaycanda istehsalın və məşğulluğun artmasına müsbət təsir edəcək, xarici investorların ölkəmizə marağını daha da artıracaq. Qeyd edim ki, ABŞ-da rəqabət siyasətinin prinsipləri Şerman Aktı (1890), Kleyton Aktı (1914) və Federal Ticarət Komissiyası Aktı ilə müəyyən edilmişdir. Avropada rəqabət siyasəti İkinci Dünya Müharibəsindən sonra inkişaf etməyə başladı. Qeyd etmək lazımdır ki, 1890-1990-cı illər ərzində rəqabət siyasətini yalnız bir neçə ölkə həyata keçirmişdir. 1990-cı ildən ölkələrin kütləvi şəkildə rəqabət siyasəti tədbirlərini həyata keçirməyə başladığı dövrdə iqtisadiyyatda köklü dəyişikliklər baş vermişdir. Hazırda 100-dən çox ölkə rəqabət siyasətini tətbiq edir.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması