17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2021-ci ildə iqtisadiyyatda bərpa prosesləri başlayıb

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda Vergi Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, son bir neçə il dünya iqtisadiyyatı, eləcə də Azərbaycan iqtisadiyyatı üçün ciddi çağırışlar yaradıb: “2020-ci ildə baş vermiş pandemiya, iqlim dəyişikliyi, təchizat zəncirindəki yaranmış problemlər, enerji, maliyyə, qida və digər bazarlarındakı dalğalanmalar Azərbaycan iqtisadiyyatına da təsir edib. Azərbaycan hökuməti bu təsirlərin neytrallaşdırılması, iqtisadiyyatın artım sürətinin saxlanması üçün zəruri olan addımları atıb, iqtisadi idarəetmədə çevik qərarlar qəbul edib”.

M.Cabbarovun sözlərinə görə, iqtisadiyyatın böhran fazasına düşməməsi üçün qəbul edilmiş bu çox vacib qərarlar sayəsində iqtisadiyyatda iş yerlərinin qorunmasına, məcburi məhdudiyyətlərin sahibkarlıq subyektlərinə təsirlərinin minimallaşdırılmasına nail olunub.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?