24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşçi müəssisəyə məxsus əsas vəsaiti evinə apara bilərmi?

İşçi müəssisəyə məxsus əsas vəsaiti evinə apara bilərmi?

Bir sıra hallarda, xüsusilə pandemiya ilə bağlı xüsusi karantin şəraitində işçilərin evdə işləməsinin şahidi oluruq. Bu halda müəssisəyə məxsus avadanlıqların müəssisədən kənara çıxarılmasına hansı şərtlərlə yol verilə bilər? Suala vergi mütəxəssisi İlqar Əsədov aydınlıq gətirir.

Əsas vəsaitlərlə bağlı təcrübəsiz mühasiblər müəyyən yanlışlıqlara yol verirlər. Bəzən belə təsəvvür yaranır ki, əsas vəsaitlər alındısa, mütləq anbara daxil olmalı, istismar edilmirsə, anbarda qalmalıdır ki, nəzarət orqanlarının əməkdaşları yoxlamaya gəldikdə onları yerində görsün.

Əslində, məsələ təsəvvür olunduğu kimi deyildir. İlk növbədə bilməliyik ki, vergitutma məqsədləri üçün əsas vəsaitlər istifadə müddəti 1 ildən, dəyəri isə 500 manatdan çox olan, Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

Bu meyarlara uyğun gələn böyük sayda əsas vəsait sadalamaq mümkündür. Ancaq ölçülərinə, çəkilərinə, hissələrinə və istifadə məqsədlərinə görə bir-birilərindən kəskin fərqlənən vəsaitlərin hamsının anbara qoymaq ya mümkün, ya da məqsədəuyğun deyil.

Bəs əsas vəsait harada olmalıdır?

Əsas vəsaitlər istənilən yerdə və ya istifadə olunduqları məkanlarda ola bilər. Nəzarət orqanı üçün əsas vəsaitlərin müəssisənizin hansı küncündə olması maraqlı deyil. Maraqlı olan onların mövcudluğu, dəyərinin düzgün təyin edilməsi, istismara verilibsə, istismara verilməsi vaxtını təsdiq edən “Əsas vəsaitlərin istismara verilməsi aktı”nın mövcudluğu və onlara amortizasiyanın düzgün hesablanmasıdır.

Buna görə də əsas vəsaitlərin işçilərdə olmasında və hətta onları işçilərin evə aparmasında heç bir qanun pozuntusu yoxdur. Məsələn, indiki dövrdə heç bir müəssisəni kompütersiz təsəvvür etmək mümkün deyildir. Əgər işçi müəssisəyə məxsus noutbuk ilə çalışırsa, həmin avadanlıq ona yazılı formada təhkim edilməlidir. Bununla yanaşı, işçi ilə bağlanmış əmək müqaviləsində də onun müəssisəyə məxsus noutbukla çalışacağı göstərilsə, yaxşıdır. Əgər bu şərtlərə riayət olunsa, əsas vəsaitlərlə bağlı operativ vergi nəzarəti və ya digər nəzarət tədbirləri zamanı problem yaranmaz.

Bu cür hallara Əmək Məcəlləsinin tələbləri də yol verir. Məcəllənin 2-ci maddəsində göstərilir ki, bu Məcəllə işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması