11 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib

Fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iclasda antiinflyasiya tədbirlərinin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və ixrac üzrə aqrar sahənin inkişaf hədəfləri, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələrək “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilməsi və büdcə qaydasının parametrlərinin müəyyən edilməsi barədə məsələlər geniş müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, Mərkəzi Bankın sədri Elman Rüstəmovun, kənd təsərrüfatı naziri İnam Kərimovun, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, həmçinin digər dövlət komitələri və qurumlarının rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?