20 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin ilk ayında 24.101 daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti digər sahələrdə olduğu kimi, daşınmaz əmlakın qeydiyatında da operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan yaradıb. Belə ki, cari ilin yanvar ayı ərzində 24.101 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19.3 % çoxdur.

Aylıq göstəricinin 4.101-i (17,02%-i) ilkin, 20.000-i (82.98%-i) isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3.798-i fərdi yaşayış və bağ evi, 6.835-i mənzil, 12.534-ü torpaq sahəsi, 293-ü qeyri-yaşayış binası, 576-sı qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 4-ü isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin yanvar ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6.501-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

Daşınmaz əmlakın ilkin qeydiyyatı - Statistika

Cari ilin ilk ayı ərzində 1.273 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 40% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 6,3% artaraq 1.057 olub.

Cari ilin yanvar ayı ərzindəki texniki pasportun və ipoteka müqaviləsinin sayı

Bu ilin ilk ayı ərzində 18.608 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% artım deməkdir. 2022-ci ilin yanvar ayında qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin ilk ayı ilə müqayisədə 86,9% artaraq 5.132 olub.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?