16 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri KOBİA-da olub

Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri KOBİA-da olub

Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-dan bildirilib ki, görüşdə nazir Niku Popesku ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, sahibkarlıq sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını vurğulayıb. Qeyd edib ki, bu məqsədlə Moldova tərəfi iş adamlarının iştirakı ilə qarşılıqlı səfərlərin və tədbirlərin təşkilində maraqlıdır. Eyni zamanda, KOBİA ilə Moldovanın müvafiq qurumu arasında əlaqələrin genişləndirilməsi də ölkələrimizin biznes ictimaiyyəti arasında əməkdaşlığın inkişafına öz töhfəsini verə bilər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın investisiya potensialı, əlverişli biznes mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi, o cümlədən agentlik tərəfindən təqdim olunan xidmətlər barədə məlumat verib, sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə ölkələrimizin iş adamları arasında əməkdaşlıq perspektivlərinə, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində sahibkarların iştirakı ilə tədbirin təşkili imkanlarına dair fikir mübadiləsi aparılıb. Nazir Niku Popesku KOBİA heyətini və Azərbaycan iş adamlarını Moldovaya səfərə dəvət edib. Görüş çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?