18 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinə 200-dən çox müraciət daxil olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə müraciətlərin qəbulu başa çatıb.

KOBİA-dan bildirilib ki, layihənin icra edildiyi Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında yaşayan, turizm sahəsində biznes fəaliyyəti ilə məşğul olmaq və ya özünüməşğulluğunu təmin etmək istəyən vətəndaşlardan ümumilikdə 226 müraciət daxil olub. Daha çox müraciət Zaqatala rayonu üzrə qeydə alınıb.

Hazırda layihəyə müraciət edən vətəndaşların seçimi aparılır, turizm obyekti kimi təsis olunacaq evlərin vəziyyəti öyrənilir. Seçim prosesi başa çatdıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə müvafiq işlər aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcək.

Layihə çərçivəsində qeyd olunan rayonlarda ümumilikdə 50 kənd qonaq evinin yaradılması nəzərdə tutulur.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?