19 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il ölkə üzrə 4,3 dəfə çox aqrar sığorta haqqı toplanıb

Aqrar Sığorta Fondunda banklarla görüş keçirilib

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə ölkə banklarını məlumatlandırmaq məqsədilə yanvarın 18-də Azərbaycan Banklar Assosiasiyası (ABA) və Aqrar Sığorta Fondunun (ASF) birgə təşkilatçılığı ilə Fondda bank təmsilçiləri ilə görüş keçirilib.

“Azərbaycanda aqrar sığorta məhsulları: aqrar sahədə risklərin sığortalanması və fermerlərin maliyyə əlçatanlığına aqrar sığortanın dəstəyi” adlı görüşdə Aqrar Sığorta Fondu, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası (AMFA), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin rəhbər şəxsləri və ölkə banklarının kredit bölmələrinin rəhbərləri iştirak edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Firdovsi Ağaşirinov aqrar sığorta mexanizmi, aqrar sığortanın əhatə etdiyi məhsullar, təminat verilən risklər, eləcə də Aqrar Sığorta Fondunun fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib.

Onun sözlərinə görə, hazırda aqrar sığorta mexanizmi fermer və sahibkarlara 48 sığorta məhsulu təqdim edir və 29 risk üzrə təminat verir. Cəmi bir il əvvəl işə düşməsinə baxmayaraq, aqrar sığorta mexanizmi ölkədə 350 min hektara yaxın əkin sahəsini və ya ümumi əkin sahələrinin 19 faizini əhatə edib.

2021-ci ildə Aqrar Sığorta Fondu tərəfindən, ümumilikdə, 11 milyon manatdan artıq sığorta haqqı toplanıb ki, bu da əvvəlki ildə ölkə üzrə toplanan vəsaitlə müqayisədə 4,3 dəfə artıqdır.

Bu ilin əvvəlindən etibarən sığortalanan bitki və heyvan növlərinin sayının artırılması aqrar sığortanın daha geniş fəaliyyət göstərməsinə və müxtəlif sahələrdə fəaliyyət göstərən fermerlərin faydalanmasına imkan verəcək.

Təqdimatda xüsusi vurğulanıb ki, dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta fermerlər üçün daha sərfəlidir, çünki sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.

Görüşdə aqrar sığorta mexanizminin fermerlərin maliyyə ətçatanlığına dəstəyi, yəni onların kredit əldə etmə prosesini asanlaşdırılması geniş müzakirə edilib. Bildirilib ki, təsərrüfatın sığortalanması fermerin məhsulu və gəlirləri ilə yanaşı, onun kredit ödəmə qabiliyyətini də qoruyur. Sığortalı təsərrüfatların daha etibarlı kredit ödəyicisi sayılması dünya təcrübəsində geniş yayılıb.

Aqrar sığorta mexanizmi barədə təqdimat və görüşdə açıqlanan məlumatlar bank sektoru təmsilçilərinin böyük marağına səbəb olub. Bank nümayəndələri, eləcə də tədbirdə iştirak edən qeyri-bank sektorunun təmsilçiləri aqrar sığorta mexanizminin əhatə etdiyi risklər, sığorta şərtləri, ayrı-ayrı məhsullar üzrə sığorta haqlarının hesablanması, hadisə baş verdikdə ödəniş verilməsi prosesi ilə bağlı çoxsaylı suallar ünvanlayıblar.

Suallara cavab olaraq və ümumiyyətlə müzakirələr zamanı məhsulların sığortalanması ilə bağlı çoxsaylı misallar göstərilib, aqrar sığorta və ödəniş prosesi ətraflı izah edilib.

Bank nümayəndələrinə bildirilib ki, fermerlər təkcə öz məhsullarını deyil, əkin sahələrindəki ağacları və tingləri, eləcə də, dolu vurması nəticəsində məhsulun qiymətinin aşağı düşməsini də sığorta edə bilərlər.

Tədbirdə kredit ayrılması prosesində aqrar sığortanın tətbiqi, prosesin təkmilləşdirilməsi və əməkdaşlıq barədə çoxsaylı təkliflər səsləndirilib.

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?