26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Baş nazir: Ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfədən çox üstələyib

Ölkənin strateji valyuta ehtiyatları 2,5 milyard dollara yaxın artaraq 53,2 milyard dolları ötüb və xarici dövlət borcunu 6 dəfədən çox üstələyib. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub. Orta illik inflyasiya 6,7 faiz, o cümlədən ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz təşkil edib. İnflyasiyanın illik səviyyəsi 12 faiz olub.

Bu fikirləri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 18-də ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

Baş nazir deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meyilləri davam etdirilib, pandemiyanın milli iqtisadiyyata mənfi təsirləri minimuma endirilib.

2021-ci ilin makroiqtisadi göstəricilərinə əsasən ümumi daxili məhsulun 5,6 faiz artıb və onun həcmin 92,8 milyard manat təşkil edib. Vurğulanıb ki, qeyri-neft sektoru üzrə artım 7,2 faiz olub, sənaye istehsalı 5,2 faiz, qeyri-neft sənayesi isə 18,9 faiz artıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?