12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçi 12 təqvim ayından az işlədiyi halda məzuniyyət necə hesablanmalıdır?

Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. İqtisadçı ekspert Anar Bayramov “vergiler.az” saytına mövzu ilə bağlı şərh verib:

Əmək qabiliyyətinin itirilməsi zamanı müavinətin hesablanması ilə bağlı Əsasnamədə qeyd edilir ki, işçinin hansı müddətdə işləməsindən asılı olmayaraq dövr olaraq 12 ay götürülür. Məzuniyyətlə bağlı əmək qanunvericiliyinin tələbi isə fərqlidir.

Misal 1: 1 mart 2021-ci ildə işə qəbul olunan işçi 15 oktyabr 2021-ci ildə işəgötürənə müraciət edir ki, 22 oktyabr 2021-ci il tarixdən 15 gün müddətinə əmək məzuniyyətinə çıxmaq istəyir. Deməli, işçinin işlədiyi tam ayların sayı 7 ay (1 mart – 30 sentyabr 2021-c il) olduğuna görə hesablama zamanı 7 ayın göstəriciləri əsas götürüləcək.

Bir məsələni qeyd edək ki, işçi işə qəbul olunduqdan sonra hər hansı səbəbdən 12 təqvim ayının hamısını işləməyibsə, hesablama zamanı yenə də 12 ay əsas götürülür.

Misal 2: İşçi 1 sentyabr 2020-ci ildə işə qəbul olunub, 2021-ci ilin iyul-avqust aylarında ödənişsiz məzuniyyətə çıxıb. 10 oktyabr 2021-ci il tarixdə əmək məzuniyyəti hüququndan istifadə etmək istəyir.

İşçinin əvvəlki 12 ayın 2 ayında ödənişsiz məzuniyyətlə əlaqədar əmək fəaliyyətinin olmamasına baxmayaraq, məzuniyyət haqqı hesablanan zaman cəmi məbləğ 10 aya yox, 12 aya bölünəcək.

Misal 3: 10 fevral 2021-ci ildə işə qəbul olunan işçi 25 noyabr 2021-ci ildə 15 günlük məzuniyyətə çıxır. İşçi 10 mart 2021-ci il tarixindən 10 günlük ödənişsiz məzuniyyətdə olub. İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyəti haqqının hesablanması üçün 2020-ci ilin mart-oktyabr dövrü əsas götürüləcək. İşçi mart ayında 10 günlük ödənişsiz məzuniyyətdə olduğu üçün hesablamada bu ayın əməkhaqqı aşağı məbləğdə nəzərə alınacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?