26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İndiyədək İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 250 milyon manata yaxın kredit verilib

İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət istiqamətlərinə uyğun olaraq kredit-zəmanət mexanizmi çərçivəsində ölkədə biznes mühitinin dəstəklənməsi, habelə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirləri davam etdirir.

Cari il ərzində zəmanət verilmiş kreditlərin orta məbləği 722 min manat, orta müddəti 32 ay təşkil edib. Ümumilikdə, bu günədək fondun zəmanəti ilə sahibkarlara müvəkkil banklar tərəfindən verilən kreditlərin məbləği 248 milyon manatı ötüb. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 3300-dən çox yeni iş yerinin açılmasına şərait yaradılıb. Zəmanət verilmiş kreditlər iqtisadiyyatın əksər sahələrini əhatə etməklə, əsas etibarilə qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub. Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına fond tərəfindən 2019-2021-ci illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 21 milyon manat məbləğində subsidiyanın verilməsi təmin edilib.

Dövlət dəstəyi hesabına verilmiş subsidiyalar nəticəsində borcalanlara verilmiş sahibkarlıq kreditləri üzrə orta illik faiz dərəcəsi 6,5 faizədək azaldılıb. Fond tərəfindən 2022-ci ildə də sahibkarların banklardan manatla aldıqları kreditlər üzrə hesablanmış faizlərə görə fond tərəfindən subsidiya dəstəyinin tətbiqi davam etdiriləcək. Sahibkarların, o cümlədən müvəkkil bankların mexanizmdən rahat istifadəsinin təmin edilməsi və müraciətlərə baxılmasının sürətləndirilməsi məqsədilə kreditlər üzrə zəmanətlərin verilməsi prosesi “Elektron ipoteka və kredit zəmanət“ sistemi çərçivəsində avtomatlaşdırılıb, zəmanətlə bağlı tələb olunan sənədlərin siyahısı optimallaşdırılıb. Ölkədə biznes mühitinin yaxşılaşdırılması dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğundan, fond tərəfindən bu sahədə davamlı olaraq qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə resurslarının əlçatanlığının artırılması və digər dəstəkləyici mexanizmlərin tətbiq olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?