Dünyanın bir sıra ölkələrində inflyasiya göstəriciləri
Artıq bir neçə ildir davam edən koronavirus infeksiyası, eləcə də dünya da gedən proseslər qlobal iqtisadiyyata ziyan vurmaqdadır. Bu da öz növbəsində insanların istehlak səbətlərinə, yaşayış səviyyəsinə öz mənfi təsirini göstərir və dünyanın müxtəlif ölkələrində inflyasiyanı qaçılmaz edir.
AZƏRTAC yola saldığımız ildə dünyanın bir sıra ölkələrində inflyasiya göstəricilərini təqdim edir.
Noyabrda bir çox ölkələrdə ilin ən yüksək inflyasiya göstəricisi qeydə alınıb
Almaniyada keçən ilin eyni ayı ilə müqayisədə istehlak qiymətləri indeksində (CPI) dəyişiklik kimi ölçülən inflyasiya səviyyəsi 2021-ci ilin noyabrında +5,2 faiz təşkil edib. Cari ilin oktyabr ayında bu nisbət + 4,5 faiz idi. Bu o deməkdir ki, inflyasiyanın səviyyəsi ardıcıl altıncı dəfə artıb və noyabr ayında il ərzində indiyə qədərki ən yüksək səviyyəyə çatıb. Axırıncı dəfə yüksək inflyasiya təxminən 30 il əvvəl olub. 1992-ci ilin iyun ayında inflyasiya səviyyəsi + 5,8 faiz təşkil edib.
Cari ilin 2-ci yarısında yüksək inflyasiyanın müxtəlif səbəbləri, o cümlədən əvvəlki ildəki aşağı qiymətlərin baza təsirləri var. 2020-ci ilin ikinci yarısında ƏDV dərəcələrinin müvəqqəti olaraq aşağı salınması və xüsusilə neft məhsullarının 2020-ci ildəki noyabrda minimuma çatan aşağı qiymətləri ümumi inflyasiyaya artan təsir göstərib. Digər səbəb kimi, Almaniya sənayesinin təchizat çatışmazlığı ilə bağlı qarşılaşdığı problemlərdir.
Enerji məhsullarının qiymətlərindəki artım +22,1 faiz səviyyəsində, ümumi inflyasiyadan xeyli yüksək olub. Enerji qiymətlərinin artım tempi ardıcıl beşinci aydır (2021-ci ilin oktyabr ayı: + 18,6 faiz) artıb. İl ərzində enerji qiymətləri +101,9 faiz, mazut qiymətləri iki dəfə artıb, yanacaq isə nəzərəçarpacaq dərəcədə bahalaşıb (+43,2 faiz). Təbii qaz (+9,6 faiz) və elektrik enerjisi (+3,1faiz) kimi digər məişət enerjisi məhsullarının qiymətləri də yüksəlib.
Cari ilin noyabr ayında əvvəlki ilin eyni ayına nisbətən ərzaq qiymətləri 4,5 faiz artıb. Yağlar (+11,9 faiz), o cümlədən süd məhsulları və yumurtalar (+6,4 faiz) istehlakçılar üçün nəzərəçarpacaq dərəcədə bahalaşıb. Taxılın qiyməti 2020-ci ilin eyni ayı ilə müqayisədə 33 faiz artıb. Kartof qiymətlərindəki artım 35,5 faiz təşkil edib. Donuz ətinin qiymətlərində isə keçən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalma müşahidə olunub.
Belçikada isə bu ilin noyabr ayında istehlak məhsullarında inflyasiya 4,16 faiz artaraq 5,64 faiz təşkil edib. Bu artım sonuncu dəfə 2008-ci ilin iyul ayının ən yüksək göstəricisidir.
Noyabrda bir sıra qeyd edilən məhsullar üzrə göstəricilər bu cür müəyyən olunub. Tibb sahəsində 3,48 faizdən 4,81 faizə yüksəlib, yanacaq 46,4 faiz olub. Oktyabr ayı ilə müqayisədə inflyasiya dərəcəsi 1,95 faizdən noyabr ayında 2,14 faizə yüksəlib.
Küveytdə il ərzində ümumi inflyasiya 3 faiz ətrafında qiymətləndirilir. İstehlak Qiymətləri İndeksinin əsas komponentləri üzrə isə inflyasiya göstəriciləri aşağıdakı kimidir: mənzil (15 faiz); qida və içkilər (16,7 faiz); mebel və məişət avadanlıqları (11,4 faiz); geyim və ayaqqabı (8 faiz) və nəqliyyat (7,5 faiz), müxtəlif mallar və xidmətlər (5,8 faiz); təhsil (15,5 faiz azalma); rabitə (4 faiz); istirahət və mədəniyyət (3,9 faiz); restoranlar və mehmanxanalar (3,4 faiz); səhiyyə (1,5 faiz) və tütün (0,3 faiz).
Bundan əlavə, qeyd etmək istərdik ki, Küveytdə inflyasiyanın statistikası aylar üzrə aparılır. Son açıqlanan statistika cari ilin iyul ayına aid olub. Son bir neçə ay üzrə statistikanı diqqətinizə təqdim edirik.
Belə ki, 2021-ci ilin aprelində Küveytdə illik inflyasiya 3,1 faiz, may ayında 3,2 faiz olub. Qida və içkilər üzrə inflyasiya artıb və cari ilin aprelində 10,75 faiz, may ayında isə 11,34 faiz, geyim və ayaqqabılarda 5,93 faiz və 6,03 faiz, müxtəlif mallar və xidmətlər üzrə 4,69 faiz və 4,90 faiz təşkil edib.
Cari ilin iyununda inflyasiya 3,36 faizə yüksəlib. Bu, 2016-cı ilin sentyabrından bəri ən yüksək göstərici idi.
Bu ilin iyul ayında inflyasiya yenidən 2,9 faizə enib (ərzaq və kirayə istisna olmaqla). Qida və içkilər üzrə inflyasiya 10,1 faiz təşkil edib. Ən yüksək artım meyvələrdə olub və 25 faiz təşkil edib, bundan əlavə tərəvəzlərdə 9,7 faiz, ət məhsulunda 15,3 faiz inflyasiya qeydə alınıb. Kirayələrdə ötən illə müqayisədə 0,2 faizlik artım müşahidə olunub. Təyyarə biletlərində 25 faiz artım olub. Təhsil xərcləri onlayn təhsilə üstünlük verilməsi ilə əlaqədar olaraq 2020-ci ilin sentyabr ayında elan olunan rekord 25 faiz azalmadan sonra bu ilin iyul ayında daha 15,5 faiz azalıb.
Rumıniyada isə ötən ilin noyabr ayı ilə müqayisədə cari ilin noyabr ayında istehlak qiymətləri 7,8 faiz artıb (o cümlədən qida məhsullarının qiyməti 6,1 faiz, qeyri-qida məhsullarının qiyməti 10,5 faiz, xidmətlərin qiyməti isə 4,1 faiz artıb).
Cari ilin noyabr ayında Rumıniyada taxılın qiyməti ötən ilin noyabr ayı ilə müqayisədə təxminən 33,7 faiz, 2019-cu ilin noyabr ayı ilə müqayisədə isə 55,7 faiz daha bahadır.
Qətər Dövlətinin Planlaşdırma və Statistika Qurumunun açıqladığı və geniş istifadə üçün əlçatan olan son mövcud məlumatına əsasən, ölkədə bu ilin noyabr ayında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,09 faiz artıb. Əvvəlki aya (oktyabr) nisbətdə isə artım 1,33 faiz təşkil edib.
Belə ki, 2021-ci ilin noyabr ayında ərzaq məhsulları və spirtsiz içkilərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artıb. Əvvəlki aya (oktyabr) nisbətdə isə müvafiq artım 0,58 faiz təşkil edib.
Noyabrda əvvəlki aya nisbətən istirahət və mədəniyyət (7,92 faiz); nəqliyyat (2,63 faiz); geyim və ayaqqabı (2,09 faiz); ərzaq və spirtsiz içkilər (0,58 faiz); müxtəlif məhsul və xidmətlər (0,06 faiz) üzrə qiymətlərdə artım müşahidə olunub.
Eyni zamanda, mənzil, elektrik enerjisi, su, qaz və digər yanacaq növləri (0,46 faiz); restoran və otel (0,06 faiz); təhsil (0,01 faiz) üzrə qiymətlərdə azalma olub. Tütün məhsulları, mebel və ev avadanlığı, səhiyyə və rabitə qiymətlərində dəyişiklik qeydə alınmayıb.
İllik göstəricilərə gəldikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin noyabr ayında istirahət və mədəniyyət (35,25 faiz); nəqliyyat (13,62 faiz); ərzaq və spirtsiz içkilər (6,8 faiz); mebel və ev avadanlığı (3,72 faiz); müxtəlif məhsul və xidmətlər (3,07 faiz); geyim və ayaqqabı (2,1 faiz); restoran və otel (2,04 faiz); təhsil (1,77 faiz); rabitə (0,6 faiz) üzrə qiymətlər artıb.
Eyni zamanda, mənzil, elektrik enerjisi, su, qaz və digər yanacaq növləri (4,02 faiz); səhiyyə (1,39 faiz) üzrə qiymətlərdə azalma müşahidə olunub. Ötən il ərzində tütün məhsullarının qiymətlərində dəyişiklik qeydə alınmayıb.
Son il ərzində yanacağın qiymətində artım olub ki, o da dünya bazarında neftin qiymətinin qalxması ilə bağlıdır. Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə cari ilin dekabrında əla növ benzinin qiyməti 68 faiz artıb.
Əsas ərzaq məhsullarının qiymətlərinin dünya bazarında artması, o cümlədən ilin əvvəli ilə müqayisədə Tacikistanda “Aİ-92” markalı benzininin qiymətinin 60 faiz artaraq 11,2 somoni, dizelin 40 faiz artaraq 10,2 somoni və maye qazın isə 90 faiz dəfə artaraq 8 somoni olması qeyri-ərzaq məhsullarının bahalaşmasını şərtləndirən əsas səbəblərdən biri olub.
Cari ilin doqquz ayı ərzində ərzaq və kənd təsərrüfatı məhsullarının pərakəndə satışında artım orta hesabla bu cür olub (qiymətlər məhsulun 1 kiloqramı üçün göstərilib): Mal əti 20 faiz (ilin əvvəlində 52,91 somoni, hazırda 63,29 somoni), qoyun əti 25 faiz (ilin əvvəlində 55,24 somoni, hazırda 68,96 somoni), noxud 11 faiz (ilin əvvəlində 13,88 somoni, hazırda 15,47 somoni), maş 8 faiz (ilin əvvəlində 14,53 somoni, hazırda 15,75 somoni), düyü 11 faiz (ilin əvvəlində 13,0 somoni, hazırda 14,50 somoni), qənd 5 faiz (ilin əvvəlində 9,0 somoni, hazırda 9,50 somoni), yumurta (1 ədəd) 21 faiz ilin əvvəlində (0,96 somoni, hazırda 1,16 somoni), süd 56 faiz (4,46 ilin əvvəlində somoni, hazırda 7,0 somoni), pambıq yağı 22 faiz (ilin əvvəlində 17,40 somoni, hazırda 21,15 somoni), soğan 50 faiz (ilin əvvəlində 2,0 somoni, hazırda 3,0 somoni), kartof 28 faiz (ilin əvvəlində 3,90 somoni, hazırda 5,0 somoni), yerkökü 200 faiz (ilin əvvəlində 1,78 somoni, hazırda 3,6 somoni), duz 150 faiz (ilin əvvəlində 0,6 somoni, hazırda 1,5 somoni), un 1-ci sort 12 faiz (ilin əvvəlində 4,7 somoni, hazırda 5,27 somoni), arpa 31 faiz (ilin əvvəlində 3,8 somoni, hazırda 5 somoni), qarışıq yem 31 faiz (ilin əvvəlində 3,5 somoni, hazırda 4,5 somoni), qarğıdalı 50 faiz (ilin əvvəlində 3 somoni, hazırda 4,5 somoni), yulaf 33 faiz (ilin əvvəlində 3,0 somoni, hazırda 4,0 somoni), jmıx 51 faiz (ilin əvvəlində 3,7 somoni, hazırda 5,6 somoni) artıb.
Qeyd etməliyik ki, Tacikistanın pul vahidi somoninin dollara nisbətdə məzənnəsi il ərzində çox cüzi artıb-azalsa da, ilin əvvəli ilə müqayisədə dəyişməyib. Belə ki, həm ilin əvvəlində, həm də sonunda 1 ABŞ dolları 11,28 somoniyə bərabər olub.
Bəzi ölkələrdə bir sıra sahələrdə qiymət artımı müşahidə olunur
Çin Milli Statistika Bürosuna istinadən, 2021-ci ilin noyabr ayında İstehlak Qiymətləri İndeksi illik müqayisədə 2,3 faiz artıb. Onlardan şəhər və kənd yerlərində qiymətlər 2,4 və 2,2 faiz, ərzaq məhsullarının qiymətləri 1,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,5 faiz, istehlak mallarının və xidmətlərin qiymətləri 2,9 və 1,5 faiz, yanvar-noyabr aylarında ölkə üzrə istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 0,9 faiz artıb.
Fərqli kateqoriyalarda qiymətlərin illik dəyişməsində ərzaq, tütün və spirtli içkilərin qiymətləri 1,7 faiz, ərzaq malları arasında təzə tərəvəzin (fresh vegetables) qiyməti 30,6 faiz, təzə meyvənin (fresh fruits) qiyməti 4,1 faiz, yumurta qiymətləri 17,6 faiz, su məhsullarının (aquatic products) qiyməti 8,5 faiz, taxılın qiyməti 1,5faiz, mal-qara ətinin (livestock meat) qiyməti 19,7 faiz artıb, donuz ətinin qiyməti 32,7 faiz azalıb.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına əsasən, cari ilin noyabr istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) ayında ötən ilin eyni ayı ilə müqayisədə 21,31 faiz artıb. Həmin göstərici bir öncəki ay ilə müqayisədə isə 3,51 faiz bahalaşıb.
Əvvəlki ilin eyni ayı ilə müqayisədə ən yüksək artım göstərən əsas qruplar müvafiq olaraq 28,90 faiz ilə restoran və mehmanxanalar, 27,11 faiz ilə qida və alkoqolsuz içkilər, 25,14 faiz ilə ev əşyaları olub.
Torpaq Məhsulları Ofisinin (TMO) məlumatına istinadən, 2021-ci il üçün taxıl satış qiymətləri 2,450 TL (196 ABŞ dolları) müəyyən edilsə də, bu günlərdə 3720 TL (297 ABŞ dolları) məbləğində satılır.
Hazırda əsasən Rusiyadan idxal olunan taxılın idxal qiyməti bir ton üçün 340-350 dollar təşkil edir.
Ötən ilin sentyabrından bu ilin sentyabrınadək aparılmış statistik hesablamalar nəticəsində, İspaniyada dənli bitkilərin qiymətlərində bəzi dəyişmə tempi müşahidə edilib. Yumşaq taxılın qiyməti 185 avro/ton-dan 255 avro/tona, sərt taxılın qiyməti 285 avro/ton-dan 420 avro/tona, arpanın qiyməti 155 avro/ton-dan 230 avro/tona, qarğıdalının qiyməti isə 180 avro/ton-dan 275 avro/tona qədər artıb.
Yerli ekspertlərin mövqeyinə əsasən, Vyetnamda inflyasiyanın səviyyəsi 2021-ci il ərzində nəzarət altında qalsa da, davam edən strateji malların defisiti fonunda 2022-ci ildə ölkənin iqtisadiyyatına inflyasiyanın təsiri böyük olacağı ehtimal olunur.
Vyetnam Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, 2021-ci ilin sonuna qədər istehlak qiymətləri indeksinin 2 faiz artacağı gözlənilir. Cari ilin oktyabrın 26-da Vyetnam Hökuməti qiymətlərin idarə edilməsi məsələsinin müzakirəsinə dair iclas keçirib, Baş nazirin müavini Le Min Khai 2021-ci ilin doqquz ayı ərzində istehlak qiymətləri indeksinin illik hesablamada 1,82 faiz orta artımını qeyd edərək, Vyetnam bu il inflyasiya səviyyəsini 4 faizdən aşağı saxlamağa nail olduğunu bildirib. Onun sözlərinə görə, hökumətin qiymətlərin tənzimlənməsinə yönəlmiş səyləri nəticəsində makroiqtisadi şəraitin sabitləşməsi mühüm rol oynayıb. Həmçinin Le Min Khai bildirmişdir ki, neft, elektrik enerjisi, qida, gübrə və tibbi avadanlıqlar da daxil olmaqla, hökumətin nəzarəti altında olan məhsullar və malların bazar qiymətləri sabit olmaldır.
Açıq mənbələrin məlumatına görə, 2022-ci ildə yüksək inflyasiya təsiri proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, 2021-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksinin 0,1-0,15 faiz azalaraq, orta hesabla 1,81-1,83 faiz təşkil edib. Cari ilin ilk doqquz ayında Vyetnamın istehlak qiymətlərinin indeksi 1,82 faiz artıb.
Vyetnam Ticarət və Sənaye Nazirliyin məlumatına əsasən, bazar qiymətləri, xüsusilə heyvan yemi, tikinti materialları və xammal xərcləri, logistika xidmətləri, habelə neft kimi malların artması, ölkədə qiymətlərin sabitliyinə təzyiq göstərəcəyini bildirib. Bununla əlaqədar yuxarıda qeyd olunan iclasda çıxış edən Vyetnam Ticarət və Sənaye nazirinin müavini bildirmişdir ki, 2022-ci ilin əvvəlində qiymətlərin idarə edilməsi çevik olmalıdır.
Cari ilin payız aylarında Sənaye və Ticarət Nazirliyi və Maliyyə Nazirliyi bir litr benzinin satış qiymətini kəskin şəkildə artırdıqlarını elan edib (E5 -RON92 1,01 ABŞ dolları və RON95-da -1,07 ABŞ dolları). Cari ilin ilk 8 ayı ərzində bütün ölkə təxminən 880,16 milyon ABŞ dolları məbləğində 3,1 milyon ton buğda idxal edib. Orta qiymət ötən ilin analoji dövrü ilə müqayisədə artıb.
Malayziya Statistika idarəsinin məlumatına əsasən, 2021-ci ilin 3-cü rübü üçün Xidmət İstehsalçılarının Qiymət İndeksi (SPPI) əvvəlki ilin eyni rübü (110,3) ilə müqayisədə 0,2 faiz artaraq 110,5 faizə yüksəlib. Artım göstərən əsas alt sektorlar qonaqlama, qida və içki xidməti fəaliyyətləri (1,1 faiz), incəsənət, əyləncə və istirahət (1,1 faiz), təhsil (0,3 faiz), əmlak fəaliyyətləri (0,2 faiz) və sağlamlıq (0,2 faiz) olub. Bununla belə, nəqliyyat indeksi üzrə 1 faiz azalma müşahidə edilib.
Rübdən-rübə müqayisə üçün SPPI 0,2 faiz artıb. Bu, nəqliyyat (0,3 faiz) və qonaqlama, qida və içki xidməti fəaliyyətləri (0,1 faiz) üzrədir. İncəsənət, əyləncə və istirahət indeksi 0,1 faiz azalıb, informasiya və kommunikasiya, daşınmaz əmlak fəaliyyətləri, peşəkar, təhsil və sağlamlıq dəyişməz qalıb. Malayziyada ərzaq və qeyri-alkoqollu içki məhsullarının istehlak qiymətləri 2021-ci ilin oktyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 135,1 faizdən 2,7 faizədək artaraq 137,9 faizə yüksəlib.
Statistika idarəsinin məlumatına əsasən, ərzaq və qeyri-alkoqollu içki məhsullarının qiyməti 2020-ci ilin birinci rübündə -0,19 faiz, ikinci rübündə 0,82 faiz, üçüncü rübündə 0,22 faiz, dördüncü rübündə 0,36 faiz təşkil edib. Eyni məhsulların qiymətinin artım tempi 2021-ci ilin birinci rübündə 0 faiz, ikinci rübündə 0,14 faiz, üçüncü rübündə 0,65 faiz olub.
Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata əsasən, 2020-ci ilin sentyabr-oktyabr ayları ilə müqayisədə cari ilin oktyabrında taxılın qiyməti 52 faiz artıb və 1 kiloqram taxılın qiyməti 1,79 kuna (7.5 kuna = 1 avro) olub.
Digər məhsullarda qiymət artımı aşağıdakı kimi təşkil edib.
Taxıl - 1,79 kn + 53 faiz
Qarğıdalı - 1,60 kn + 52 faiz
Arpa - 1,25 kn + 26 faiz
Günəbaxan – 3,74 kn + 72 faiz
Soya - 4,25 kn + 71 faiz
Sankt-Peterburqda istehlak qiymətləri 2021-ci ilin əvvəlindən 4,7 faiz artıb. Bununla yanaşı, ərzaq məhsulları 5,5 faiz, qeyri-ərzaq məhsulları 5 faiz, əhaliyə göstərilən xidmətlər, o cümlədən nəqliyyat və mənzil-kommunal xidmətləri 3,6 faiz bahalaşıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk altı ayında qiymətlər 2,5 faiz artıb. Sankt-Peterburqda illik inflyasiya 5,6faiz təşkil edib. Cari ilin ilk beş ayı ərzində Sankt-Peterburqda orta nominal əmək haqqı 72,8 min rubl təşkil edib. 2021-ci ildə orta hesabla 75,2 min rubla çatıb ki, bu da 2020-ci illə müqayisədə 9,5 faiz çoxdur.
Ukraynada isə 2021-ci ildə, xüsusən ilin ikinci yarısında yerli istehsal olan demək olar bütün məhsullara qiymətlər artıb. İlin natamam yekununa olan məlumata görə ölkədə ümumi qiymət artımı 58Ş1 faiz təşkil edib(2020-ci ildə 14.7 faiz).
Ərzaq məhsullarından ət 15,3, toyuq 29.4, yerli bazarda əhəmiyyətli məhsul hesab olunan salo 23,6, süd 10,1, süd məhsulları 15,4, çörək və un məhsulları 19, yumurta 29,2, şəkər 43,1, bitki yağı 55,4 faiz artım nümayiş etdirib.
2021-ci ilin oktyabr ayının sonuna mövcud məlumata görə Ukraynada 2020-ci ilin eyni müddətinə olan göstərici ilə müqayisədə qarabaşaq 17.4, düyü 18.8, manna yarması 18.2, arpa 29.3 faiz artıma məruz qalmışdır.
Bu il Ukraynada xüsusi meyar kimi götürülən borş məhsullarından kök 100, soğan 150, kələm və çuğundur 200 faiz qiymət artımı göstərmişdir.
Əsas məhsulların istehlak səbətində artım 25 faiz civarında qiymətləndirilir.
İl ərzində mədən sənayesində 50.8, o cümlədən kömürçıxarmada 55.1, neft-qazçıxarmada 71.5, dəmir filizində 28, emal sənayesinə 26 faiz qiymət artımı olmuşdur.
İstehsalın digər sahələri üzrə 2021-ci ildə toxuculuq məhsullarında 3.6, ağacdan istehsal olunan kağız və poliqrafiya məhsullarında 22.8, əczaçılıq məhsullarında 13.9, qeyri-metal məhsullarda 18.8, metallurgiyada 40.4, maşınqayırmada 15.8, kompüter və elektrotexnikada 3, nəqliyyat vasitələrində 17.6 faiz qiymət artımı olmuşdur.
Neft emalı sənayesi və koks istehsalında artım 116 faiz, kimya sənayesində 65 faiz, enerji və qaz təchizatında artım 171.2 faiz təşkil etmişdir.
Ukraynada qiymət artımına təsir edən əsas bir neçə amil var. Bunlara eyni məhsullara dünya bazarında qiymətlərin artması fonunda məhsulun ixraca cəlb olunması ilə yerli bazarda təklifin azalması, dünya bazarında taxıl, qarğıdalı və günəbaxana tələbatın artması ilə əlaqədar daha çox torpaqların bu məhsulların yetişdirilməsinə cəlb olunması ilə digər məhsulların azalması, enerji qiymətlərində kəskin artım və qismən minimal əmək haqqının 1 dekabr tarixindən artırılmasını aid etmək olar.
Ukraynada strateji məhsul olan, büdcənin formalaşdırılmasında xüsusi çəkiyə malik olan və ticarəti birjada aparılan əsas kənd təsərrüfatı məhsullarının qiymətləri daim dəyişir. Qiymətə digər strateji məhsullarda olduğu kimi ixrac bazarlarında gedən tendensiyalar, məhsulun keyfiyyəti, rəqabət, anbarlarda mövcud ehtiyatlar təsir edir. 2021-ci ilin 20 dekabr tarixinə Qara dəniz limanlarına çatdırılmaqla (FOB) ton/ABŞ dolları olaraq buğdanın qiyməti 307,5, arpa 292,5, qarğıdalı 272,5 təşkil edib.
2021-ci ilin noyabr ayı üçün Belarusda məhsul və xidmətlərin istehlak qiymətləri ötən ilin dekabr ayından 9 faiz bahalaşıb. Belarus Statistika Komitəsinin məlumatlarına əsasən, inflyasiya tempinin aşağı düşdüyü göstərilir. Bununla belə, əsas malların qiymətlərinin qalxması tendensiyası hələ də qalmaqdadır. Ərzaq məhsulları son 11 ayda 10 faiz, illik hesablamada isə 11,8 faiz (ötən ilin noyabr ayı ilə müqayisədə) bahalaşıb.
Qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,5 faiz, 9,6 faiz və 10,1 faiz bahalaşıb. Xidmətlər - müvafiq olaraq 0,3 faiz, 6,6 faiz və 8,4 faiz. Ümumilikdə noyabr ayında qiymətlərin illik artımı 0,2 faiz azalaraq 10,3 faiz təşkil edib.
Cari ilin noyabr ayında Belarusda mühüm idxal mallarının və yüksək idxal komponenti olan malların qiymətlərində illik artımın sürətlənməsi qeyd edilmişdir. dənli bitkilər və paxlalılar (illik ifadədə oktyabrda 6,1 faizdən noyabrda 8,6 faizə qədər), balıq və balıq məhsulları (10,8 faizdən 12,4 faizə qədər), o cümlədən bəzi qeyri-ərzaq məhsulları. Məsələn, ayaqqabıların qiymətlərinin artımı bir ay əvvəlki 2,9 faizdən 5,1 faizə, divar kağızlarının qiymətlərinin 5,5 faizdən 7,9 faizə, sintetik yuyucu vasitələrin qiymətlərinin 9 faizdən 11,8 faizə qədər artmışdır. Bundan əlavə, ət və ət məhsullarının bahalaşması davam etməkdədir. (noyabrda illik ifadədə 14,8 faiz, oktyabrda 14,3 faiz).
Ay ərzində, həmçinin avtomobil yanacağının (0,5 faiz), arağın (0,3 faiz), tütün məmulatının (0,4 faiz), tibbi xidmətlərin tariflərində (0,5 faiz) bahalaşma müşahidə olunub.
Serbiya Respublikasının Statistika İdarəsinin verdiyi məlumata əsasən, 2020-ci ilin noyabrı ilə müqayisədə cari ilin noyabrında istehlak məhsulların qiyməti 7,5 faiz artıb.
2021-ci ilin oktyabr ayı ilə müqayisədə, 2021-ci ilin noyabr ayında qida və alkoqolsuz içkilər bölməsində (1,5 faiz), nəqliyyat (1,3 faiz), restoran və otel xidmətində, geyim və ayaqqabı bölməsində (1,2 faiz), mebel və avadanlıq təminatında (0,8faiz), kommunal xərclərdə (0,6 faiz), təhsil sahəsində (0,1 faiz) artım müşahidə olunub. Çörəyin qiyməti 2020-ci il ilə müqayisədə 4,8 faiz artıb.
Macarıstanın Mərkəzi Statistika İdarəsinin verdiyi məlumata əsasən, 2020-ci ilin noyabrı ilə müqayisədə cari ilin noyabrında istehlak məhsulların qiyməti 7,4 faiz artmışdır. İnflyasiyanın belə yüksək səviyyəsi sonuncu dəfə 2007-ci ilin dekabrında qeydə alınmışdır. Son 12 ay ərzində ən yüksək qiymət artımı yanacaqda, o cümlədən spirtli içkilər və tütün məhsullarında müşahidə olunub.
2020-ci ilin noyabrı ilə müqayisədə son 12 ay ərzində ərzaq məhsullarının qiyməti 6 faiz, unun qiyməti 20,2 faiz, çörəyin qiyməti 12,1 faiz artmışdır. Yanacaqların qiyməti 37,7 faiz, spirtli içkilərin və tütün məhsullarının qiyməti 11 faiz artıb.
Eyni zamanda, kənd təsərrüfatı məhsullarının qiymətlərində 2021-ci ildə nəzərəçarpan artım olub. Belə ki, 2021-ci ilin əvvəlindən başlayaraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının qiymətlərində artım ikirəqəmli ədədlərdə əks olunmuş və iyul ayında 21 faizə çatıb. Bu göstərici əkinçilik məhsullarının qiymətindəki artımla izah olunur. 2021-ci ilin iyul ayında dənli bitkilərin qiyməti 2020-ci ilin həmin dövrü ilə müqayisədə 31 faiz daha yüksək olub. Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının qiyməti isə dəyişməyib.
Ərzaq qiymətlərində artım
Qazaxıstanda 2021-ci ilin noyabrında istehlak qiymətləri indeksi 2020-ci ilin dekabrı ilə müqayisədə 107,8 faiz təşkil edib. Ərzaq mallarının qiymətləri 9,2 faiz, qeyri-ərzaq mallarının 7,8 faiz, əhali üçün ödənişli qiymətlər 6 faiz artıb. Sənaye məhsullarına istehlakçı müəssisələrin müəyyən etdiyi qiymətlər 2021-ci ilin noyabrında 2020-ci ilin dekabrı ilə müqayisədə 45 faiz artıb.
Cari ilin noyabrında təzə tərəvəzlərə - 8,3 faiz, yumurtaya – 2,1 faiz, una – 1,5 faiz, donuz ətinə - 1,1 faiz, pasterizə edilmiş süd, yarma, makaron məmulatlarına – hərəsinə 1 faiz, bulka və un məmulatlarına – 0,9 faiz, çörək, qənd-şəkər tozu, kolbasa məmulatları, at ətinə - hərəsinə 0,8 faiz, quş ətinə - 0,7 faiz artım müəyyən edilib. Kartofun qiyməti 1,4 faiz, təzə meyvənin – 0,6 faiz aşağı müəyyən edilib. Tütün məmulatları 1 faiz, alkoqollu içkilər 0,5 faiz bahalaşıb.
Qiymət artımı toxuculuq məhsullarında 0,9 faiz, əczaçılıq məhsullarında 0,7 faiz təşkil edib. Dizel yanacağının qiyməti 14,6 faiz, balonlarda maye qaz 13,6 faiz, daş kömür 3,7 faiz, benzin 2,4 faiz artıb.
Mədəni tədbirlər sahəsində göstərilən xidmətlərə qiymətlərin səviyyəsi 0,7 faiz, səhiyyədə 0,4 faiz artıb.
2021-ci ilin noyabrında istehlakçı müəssisələrin müəyyən etdiyi qiymətlər ondan əvvəlki ayla müqayisədə yulaf üçün – 4,8 faiz, qarabaşaq üçün – 3,3 faiz, buğdaya – 2,7 faiz, qarğıdalıya – 2,6 faiz, arpaya – 0,4 faiz, düyüyə isə 0,3 faiz artıb.
İstixana şəraitində yetişdirilən xiyarın qiyməti 10,4 faiz, çuğundurun – 6,4 faiz, istixana şəraitində yetişdirilən pomidorun – 5,6 faiz, kökün – 3,4 faiz, kartof və kələmin – hərəsinin 3,5 faiz artıb, soğanın qiyməti isə 0,1 faiz aşağı düşüb. Günəbaxan tumları 5,3 faiz, yem bitkiləri – 0,9 faiz, qurudulmuş mərci – 0,5 faiz, soya paxlası – 0,3 faiz bahalaşıb.
At əti və quş əti - 0,8 faiz, mal və qoyun əti – 0,3 faiz bahalaşıb, donuz əti isə 1 faiz ucuzlaşıb. Xam inək südünün qiymətləri – 2,6 faiz, yumurtanın – 0,4 faiz artıb.
İsveçrə Konfederasiyasında 2021-ci ilin noyabr ayına olan illik inflyasiya dərəcəsi 1,5 faiz təşkil edib. Bu göstəricinin 2008-ci ilin noyabr ayından sonra qeydə alınan ən yüksək inflyasiya dərəcəsi olduğu qeyd olunur. Bunun əsas səbəbləri arasında isə nəqliyyat xərclərinin (8 faiz), enerji xərclərinin (13.5 faiz), yanacaq xərclərinin (28.9 faiz) sürətli artımı göstərilir. Bununla belə, 2021-ci ilin noyabr ayına olan ərzaq və qeyri-spirtli içkilərin qiymətlərində 1.7 faiz, səhiyyə qiymətlərində 0.5 faiz, kommunikasiya qiymətlərində isə 0.6 faiz azalma baş verib. Ümumilikdə yerli məhsulların qiymətləri 0.7 faiz, idxal olunan məhsulların qiymətləri 4.1 faiz artım nümayiş etdirib.
Əsas istehlak məhsulları və xidmətlərinin qiymət dəyişiklikləri aşağıdakı kimidir:
Un və digər dənli bitkilər |
+0.9 faiz |
Çörək |
-0.6 faiz |
Mal əti |
-0.2 faiz |
Quş əti |
-1.3 faiz |
Süd |
+2.1 faiz |
Yumurta |
-0.6 faiz |
Yağ |
+3.1 faiz |
Təbii meyvə |
-6.1 faiz |
Tərəvəz və göbələk |
-4.5 faiz |
Şəkər |
+7.3 faiz |
Alkoqollu içkilər və tütün |
+1.0 faiz |
Dərmanlar |
-1.9 faiz |
Səudiyyə Ərəbistanı Statistika Komitəsinin 2021-ci ilin may ayına olan məlumatına əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə SƏK bazarında 10 kateqoriya üzrə 166 adda istehlak məhsulunun və xidmətin 140-ının orta qiymətində artım müşahidə olunub.
Qeyd etmək lazımdır ki, Krallıqda 2020-ci ilin iyul ayından etibarən ƏDV-nin dərəcəsi 5 faizdən 15 faizədək artırılıb.
Məlumata əsasən, ölkədə istehlak məhsullarında qiymət artımı süd və süd məhsullarında 17.31 faiz, yerli dondurulmuş broyler məhsullarında 16.07 faiz, yerli ağ unda 14.36 faiz, qarğıdalı yağında 12.83 faiz, bitki yağında 11.29 faiz, mərciməkdə 11.47 faiz, meyvə və tərəvəzlərdən, narda 14.69 faiz, almada 12.36 faiz və ispanaqda 12.17 faiz olaraq qeydə alınıb.
Kanada da istehlak qiymətləri indeksi: |
|||
|
Noyabr 2020-ci il |
Noyabr 2021-ci il |
faiz dəyişiklik |
(2002=100) |
(2002=100) |
||
Qida məhsulları |
153,9 |
160,7 |
4,4 |
Məişət texnikası, mebel və digər avadanlıq |
124,3 |
126,3 |
1,6 |
Geyim və ayaqqabı |
96,2 |
96,9 |
0,7 |
Nəqliyyat |
141,3 |
155,4 |
10 |
Benzin |
146,8 |
210,8 |
43,6 |
Sağlamlıq və şəxsi gigiyena məhsulları |
130,6 |
134,1 |
12,7 |
İstirahət və təhsil |
115,6 |
118,5 |
2,5 |
Spirtli içkilər və tütün məhsulları |
172,1 |
176,6 |
2,6 |
Kənd təsərrüfatı məhsullarının qiymət indeksi |
|||
|
Sentyabr 2020-ci il |
Sentyabr 2021-ci il |
faiz dəyişiklik |
(2007=100) |
(2007=100) |
||
Bitki əkinləri |
127,8 |
168,9 |
32,2 |
Taxıl |
110,3 |
166,6 |
51 |
Yağlı toxumlar |
130,7 |
182,4 |
39,6 |
Xüsusi əkinlər |
128,8 |
197,4 |
53,3 |
Meyvə |
129 |
141,5 |
9,7 |
Tərəvəz |
163,8 |
166,3 |
1,5 |
Kartof |
167,1 |
167,5 |
0,2 |
Heyvandarlıq və heyvan məhsulları |
140,5 |
158,9 |
13,1 |
Mal-qara |
165,3 |
183,2 |
10,8 |
Donuz əti |
145,5 |
191,2 |
31,4 |
Quş əti |
126,3 |
149,2 |
18,1 |
Yumurta |
149,9 |
166,2 |
10,9 |
Süd məhsulları |
112,1 |
112,6 |
0,4 |
Meksika
Taxılın qiymətinin artım dinamikası 4,5 faiz
Qarğıdalının qiymətinin artım dinamikası 20 - 27 faiz
Kosta–Rika
Taxılın, qarğıdalının qiymətinin artım dinamikası 14 - 19 faiz.
Peru
Taxılın qiymətinin artım dinamikası 8,12 faiz
qarğıdalının qiymətinin artım dinamikası 25,3 faiz.
Panama
Taxılın qiymətinin artım dinamikası 0,6 faiz
Ölkədə qarğıdalının istehsalı istehlak üçün zərərlidir.
Kolumbiya
Taxılın qiymətinin artım dinamikası - eniş 0,7 faiz
Qarğıdalının qiymətinin artım dinamikası 2,1 faiz
Qvatemala
Taxılın qiymətinin artım dinamikası 2,88 faiz
Qarğıdalının qiymətinin artım dinamikası 25,1 faiz
Honduras
Qarğıdalının qiymətinin artım dinamikası 24,9 faiz
Taxıl istehsal etmir.
Koreya Respublikası
Koreya Respublikasında ərzaq və qeyri-alkoqollu içki məhsullarının qiyməti 2021-ci ilin üçüncü rübü (iyul-sentyabr) ərzində 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5.0faiz artaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv dövlətlər arasında 5-ci ən yüksək artım nümayiş etdirmişdir.
Koreya Statistika Orqanı və OECD-nin məlumatlarına əsasən, ümumilikdə, 2021-ci ilin üçüncü rübü ərzində Koreyada istehlak qiymətlərinin artımı (keçən ilin eyni dövrü ilə müqayisədə) 2.6 faiz olmuşdur. Bu, rüblük əsasda 2012-ci ilin birinci rübündən (3.0 faiz) etibarən 9 ildən sonra ən yüksək artımdır.
Ərzaq və qeyri-alkoqollu içki məhsullarının qiyməti 2020-ci ilin birinci rübündə 1.7 faiz, ikinci rübündə 2.5 faiz, üçüncü rübündə 6.4 faiz, dördüncü rübündə 7.1 faiz artmışdır. Eyni məhsulların qiyməti 2021-ci ilin birinci rübündə 8.2 faiz, ikinci rübündə 7.3 faiz, üçüncü rübündə 5 faiz artaraq, son yeddi rüb ərzində davamlı olaraq artım nümayiş etdirmişdir.
2021-ci ilin üçüncü rübü ərzində qiymətləri artmış ərzaq və qeyri-alkoqollu içki məhsulları arasında xüsusilə, yumurta (51.6 faiz), armud (45.2 faiz), alma (34.6 faiz), sarımsaq (28.1 faiz), donuz əti (12.4 faiz), ispanaq (10.6 faiz), göbələk (9.2 faiz), toyuq əti (7.9 faiz), yerli dana əti (7.7 faiz), idxal dana əti (7.3 faiz), kolbasa məmulatları (7.0 faiz), çörək (5.9 faiz) kimi məhsulların qiymətlərində yüksək artım qeydə alınıb.
Koreya hökuməti tərəfindən qlobal və yerli təchizat zəncirindəki geriləmə, xammal materiallarının qiymətlərinin artması və eləcə də COVID-19 pandemiyası və “omikron” stamının yayılması ilə əlaqədar istehlak məhsulları qiymətlərindəki qeyri-müəyyənliyin bir müddət davam edəcəyi açıqlanmışdır.
Bolqarıstan Respublikası qiymətlər 1 ton taxıl üçün ƏDV-siz göstərilib
|
08.2021 |
09.2021 |
10.2021 |
11.2021 |
12.2021 |
Taxıl |
389 BGN (224 USD) |
426 BGN (246 USD) |
463 BGN (267 USD) |
465 BGN (268 USD) |
470 BGN (271 USD) |
Cənubi Afrika Statistika agentliyinin məlumatına əsasən, 2020-ci illə müqayisədə 2021-ci ilin noyabr ayına olan məlumatlara görə istehsal qiymətləri 8.1 faiz-9.6 faiz artmışdır. Bu artım 202-ci ildə inflyasiyanın 2016-cı ildən bəri rekord həddə olması ilə bağlıdır. Belə ki istehsal məhsulları neft kimya, metal, plastik maşın və avadanlıqlar 2020-ci illə müqayisədə ortalama olaraq 22.8 faiz artmışdır. Qida məhsulları məhsulları 12.6 faiz, elektrik enerjisi 19 faiz içkilər və tütün məhsulları 5.4 faiz artmışdır.
CAR iqtisadçıların və dövlət qurumlarının hesabatına əsasən ölkədə ümumi olaraq istehlak məhsulları ayda 1.2faiz artmaqdadır, bunu əsas səbəbi kimi ölkədə pandemiya ilə əlaqədar xidmət sektorunun böhranda olduğu, enerji qiymətlərinin artması və inflyasiyanın yüksək olduğu ilə əlaqələndirilir.
Birləşmiş Ərəb Əmirliklərində son beş il ərzində istehlak mallarının qiymət dinamikası (illik inflyasiya dərəcəsi) aşağıdakı formada olmuşdur:
İllər |
2016 |
2017 |
2018 |
2019 |
2020 |
Bütün məhsullar (faizlə) |
1.62 |
1.97 |
3.07 |
-1.93 |
-2.08 |
Qida və içki məhsulları |
1.01 |
1.20 |
3.54 |
-1.39 |
3.70 |
BƏƏ Federal Statistika Mərkəzinin məlumatına görə 2021-ci ilin avqust ayında istehlak mallarının qiymətlərində 2019-cu ildən sonra (son 30 ay ərzində) ilk dəfə olaraq artım baş verib. Artım cari ilin iyul ayı ilə müqayisədə 0.43 faiz, illik müqayisədə isə 0.55 faiz təşkil etmişdir. Qida və içki məhsullarının qiymətində aylıq müqayisədə 0.74 faiz artım baş vermişdir.
2021-ci ilin oktyabr ayında istehlak mallarının qiymətində illik müqayisədə 1.9 faiz artım müşahidə olunmuşdur. Bu isə ölkədə cari ilin avqust, sentyabr və oktyabr aylarında ardıcıl olaraq 3 ay ərzində inflyasiyanın baş verməsi deməkdir.
Bu ilin dekabr ayında qiymət indeksi əvvəlki ayla müqayisədə qida və alkoqolsuz içkilər bölməsində 1,5 faiz, spirtli içkilər və tütündə 0,1 faiz, geyim və ayaqqabı bölmələrində 1,9 faiz, mənzil və kommunal xidmətlərdə 5,7 faiz, mebel və avadanlıqla təminatda 1 faiz, nəqliyyat 3,5 faiz, restoran və otel xidmətində 1,4 faiz və digər mallar və xidmətlərdə 0,6 faiz artıb.
Keçən ilin 10 ayı ilə müqayisədə qiymət səviyyələri orta hesabla 4,3 faiz artıb.
Orta qiymət artımı ərzaq və alkoqolsuz içkilər bölmələrində 6,7 faiz, spirtli içkilər və tütün məmulatları bölmələrində 1,9 faiz, mənzil-kommunal təsərrüfatlarında 2,0 faiz, mebel və ləvazimat 2,4 faiz, səhiyyə 0,9 faiz, Nəqliyyat 13,5 faiz, restoran və otellər 1,5 faiz, restoran və otellər 1,8 faiz, digər mal və xidmətlər 1,3 faiz artıb.
Buğdanın qiyməti ötən ilin 10 ayı ilə müqayisədə bir ton üçün 100 avro bahalaşmış, unun qiyməti isə təxminən 12 faiz artmışdır. Unun 1 kg qiyməti hal-hazırda 0.47 avrodur. Bir ton buğdanın qiyməti hazırda 250 avro civarındadır, lakin proqnozlara görə, 2022 yanvar-fevral ayı üçün 300 avroya qədər artımı gözlənilir, keçən il buğdanın bir tonu 150 avro civarında idi.
Cari ildə QR-də ümumilikdə inflyasiya 6,2 faiz, ərzaq məhsulları üzrə inflyasiyası isə 18,8 faiz təşkil etmişdir. 2021-ci ilin iyul ayında Respublika üzrə buğdanın qiyməti orta hesabla 29,15 som təşkil etmiş, keçən ilin iyul ayına nisbətən 8,2 som və ya 39,3 faiz artmışdır.
Şəkərin qiymətində artım 58 faiz, bitki yağında 82 faiz, spirtli içkilər və tütün məmulatlarında 10,8 faiz təşkil etmişdir. Bu dövrdə buğdanın pərakəndə satış qiymətləri Bişkek şəhərlərində digər bölgələrə nisbətən daha çox artaraq mütləq rəqəmlə 31,46 som təşkil etmişdir.
Qırğızıstan Milli Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 28 922,4 min ABŞ dolları dəyərində 130 min ton buğda idxal edilmişdir (1 ton-223 ABŞ dollar). İdxalın əsas hissəsi qonşu Qazaxıstan Respublikasının payına düşür. Milli Statistika Komitəsinin məlumatına görə cari ildə əhali gəlirlərinin 64,8 faizni ərzaq məhsullarının alınmasına sərf edir.
Bu ilin 22 oktyabr tarixinə olan məlumata əsasən 573,9 min hektar sahədən dənli bitkilər (paxlalılar, çəltik və qarabaşaq yarması istisna olmaqla) biçilmişdir. Məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox olmuşdur. Biçilmiş sahələrdən 1343,3 min ton taxıl yığılmışdı, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,3 faiz azdır. Yay mövsümündə temperaturun anomal yüksək olması, suvarma suyunun olmaması dənli bitkilərin məhsuldarlığının azalmasına səbəb olmuşdur. Yerli taxıl tədarükü ölkənin tələbatının böyük hissəsini - təxminən 60-65 faizi təmin edir, qalan hissə idxal hesabına ödənir.
Qırğızıstanda 2021-ci ilin yanvar-sentyabr aylarında əhalinin orta aylıq əmək haqqı 232,1 ABŞ dolları təşkil etmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur. 2021-ci ilin II rübündə yaşayış minimumu adambaşına orta hesabla ayda 75 ABŞ dolları təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artmışdır. Bu ilin oktyabr ayında sentyabr ayına nisbətən qiymət artımı aşağıdakı kimi olmuşdur - alkoqolsuz içkilərdə 1,9 faiz, hisə verilmiş balıqda 6,2 faiz, çörəkdə 4,1 faiz, şəkər, şəkər tozunda 4,0 faiz, süd məhsullarında, pendir və yumurtada 3,4 faiz, az yağlı kəsmikdə 3,2 faiz, heyvan mənşəli yağlarda 3 faiz, makaron məhsullarında 2,8 faiz, unda 1,3 faiz, kolbasa və digər konservləşdirilmiş ət məhsullarında 1,4 faiz, qurudulmuş meyvə və qoz-fındıqda 1,1 faiz.
Moldova Respublikasının Milli Statistika Bürosunun məlumatına əsasən, 2021-ci ilin oktyabr ayında 2020-ci ilin oktyabr ayına nisbətən orta istehlak qiymətləri (son 12 ayda) 8,81 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,73 faiz, qeyri-ərzaq mallarının qiymətləri 10,02 faiz, əhaliyə göstərilən xidmətlərin qiymətləri 1,64 faiz bahalaşıb.
Bu ilin oktyabr ayında orta istehlak qiymətləri 2021-ci ilin sentyabr ayına nisbətən 2,12 faiz (2020-ci ilin oktyabr ayında 2020-ci ilin sentyabr ayına nisbətən qiymətlər 0,11 faiz) bahalaşıb. 2021-ci ilin aprel ayında 2021-ci ilin mart ayına nisbətən dənli bitkilərin (taxıl) qiymətində 2,8 faiz bahalaşma müşahidə olunub.
2021-ci ilin oktyabr ayında bu ilin sentyabr ayına nisbətən aşağıdakı ərzaq məhsullarının qiymətləri bahalaşıb: tərəvəz 21,8 faiz (xüsusilə: pomidor 66,7 faiz, xiyar 54,8 faiz, bolqar bibəri, badımcan, təzə balqabağın qiymətləri 19 faiz, sarımsaq 5,5 faiz, kartof 16,4 faiz, şokolad və digər kakao məhsulları 13,3 faiz, konfetlər, karamellər, zefir, halva 8,6 faiz, qoz-fındıq 8,1 faiz, qarğıdalı unu 4,5 faiz, toyuq yumurtası 4,3 faiz, kərə yağı 3,7 faiz, yarma 3,3 faiz, süd və süd məhsulları 3,2 faiz, qaymaq 3,4 faiz, turş süd məhsulları 2,3 faiz, pendir və qoyun pendiri 1,9 faiz, qatıq 1,5 faiz, buğda unu çörəyi 1,6 faiz, ət, ət məhsulları və konservləri 1,1 faiz (xüsusən: mal əti 2,6 faiz, quş əti 1,4 faiz), təbii arı balı 1,2 faiz artıb.
Eyni zamanda, hesabat dövründə qeyri-ərzaq mallarında 2021-ci ilin sentyabr ayı ilə müqayisədə bu ilin oktyabr ayı üzrə əhəmiyyətli qiymət artımı qeydə alınıb: şəxsi nəqliyyat üçün ehtiyat hissələri və ləvazimatları 12,3faiz, yanacaq və yanacaq məhsulları - 5,4 faiz (xüsusən: kömür 10,7 faiz), dizel yanacağı 9,2 faiz, biokütlə qranulları 4,5 faiz, odun və mayeləşdirilmiş qaz 4,4 faiz, benzin 3,7 faiz, az tutumlu məişət texnikası 4 faiz, jurnallar və digər dövri nəşrlər 2,8 faiz, geyim 1,4 faiz, müxtəlif ayaqqabı növləri 1,3 faiz, mebel 1,1 faiz artıb.
Əhaliyə göstərilən xidmətlərə görə 2021-ci ilin oktyabr ayında 2021-ci ilin sentyabr ayına nisbətən mebel və mebel təmiri xidmətlərinin qiymətlərində 6 faiz, spa-sağlamlıq bərpa mərkəzlərinin xidmətlərinin qiymətlərində 3,8 faiz, ictimai iaşə xidmətlərinin, məişət texnikasının təmiri xidmətləri, rəngsaz xidmətləri 1,4 faiz, stomatoloji xidmətlər 1,0 faiz artıb.