19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət satınalmalarını tənzimləyən qaydalar təkmilləşdirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli Qərarı ilə “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydası” təsdiq edilib. Qərarın tətbiqi kotirovka sorğusu prosedurunun tamamilə elektronlaşdırılması, sahibkarların dövlət satınalmalarında iştirakının əlçatanlığının və şəffaflığın təmin edilməsinə, aşkarlıq əsasında bütün sahibkarlara bərabər rəqabət mühitinin yaradılmasına xidmət edəcəkdir.
Qərara əsasən, kotirovka sorğusu metodu ilə təşkil edilən bütün satınalmalar dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə həyata keçiriləcək.
Daha bir mühüm məqam isə açıq tenderin keçirilməsi üçün iştirak haqqının aşağı salınmasıdır: ehtimal olunan qiymətdən asılı olaraq, iştirak haqqı 100-1500 manat arasında olacaq.
İştirak haqqının sabit məbləğdə olması və aşağı salınması açıq tenderlərdə, xüsusilə iri həcmli satınalmalarda mikro, kiçik və orta sahibkarların fəal iştirakını stimullaşdıracaq. Bununla da dövlət vəsaitinin qənaətlə və səmərəli istifadə edilməsinə və rəqabətdən irəli gələrək daha keyfiyyətli malların (iş və xidmətlərin) əldə olunmasına zəmin yaranacaqdır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarları dövlət satınalmalarında fəal iştiraka və hüquq pozuntuları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət etməyə çağırır. Bununla yanaşı, dövlət müəssisə və təşkilatlarını satınalmaların təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinə tam riayət etməyə, satınalmalar barədə dərc olunan elanlarda alınacaq mallar (işlər və xidmətlər) barədə məlumatları ətraflı yerləşdirilməyə, elektron satınalmaların iştirakçılarını əlaqələri yalnız etender.gov.az portalı vasitəsilə qurmağa dəvət edir.
VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?