Birjalarda neft qiymətləri
Dünya birjalarında neftin qiymətləri artıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,25 dollar bahalaşaraq 75,54 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,23 dollar bahalaşaraq 72,99 dollar olub.