Birjalarda neft qiymətləri
Dünya birjalarında neftin qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,02 dollar ucuzlaşaraq 73,96 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,13 dollar bahalaşaraq 71,25 dollar olub.