19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar ixraca dair beynəlxalq tələblər barədə məlumatlandırılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə ixracla məşğul olan sahibkarlıq subyektləri üçün “GS1 standartlarının rəqabət üstünlüyü və KOB subyektlərinin ixrac qabiliyyətinin təkmilləşdirilməsi” mövzusunda vebinar təşkil olunub.

KOBİA-dan bildirilib ki, tədbirdə agentliyin Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Eldəniz Əmirov, “GS1 Azərbaycan” MMC-nin nümayəndəsi Gülnarə Rəsulova və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə dünya bazarının idxal məhsullarına olan texniki tələbləri – “Əmtəə Qlobal İdentifikasiya Nömrəsi” (GTİN), “Qlobal Yerləşmə Nömrəsi” (GLN) və “Nəqliyyat Qablaşdırmasının Seriya Nömrəsi”nin (SSCC) kodlaşdırma tələbləri və alınma qaydası barədə iştirakçılara ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar. İxracla məşğul olan 80-ə yaxın sahibkarlıq subyektinin iştirakı ilə təşkil olunmuş vebinarda İqtisadiyyat Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, AZPROMO, eləcə də Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?