16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Fiziki infrastruktur” İşçi Qrupunun növbəti il üçün Fəaliyyət Planı müzakirə ediləcək

“Fiziki infrastruktur” İşçi Qrupunun növbəti il üçün Fəaliyyət Planı müzakirə ediləcək

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” İşçi Qrupunun cari ilin yekunlarına dair iclası dekabrın 23-ü saat 15:00-da onlayn formada (Microsoft Teams proqramı üzərindən) keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, sözügedən işçi qrupuna rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov rəhbərlik edir.

İclasda İşçi Qrupunun əvvəlki iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti haqqında hesabatın dinlənilməsi, Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyəti və növbəti il üçün Fəaliyyət Planı layihəsinin müzakirə edilməsi nəzərdə tutulur.

Müvafiq təklif vermək arzusunda olan şəxslər “https://azranking.az ” saytında “Onlayn müraciət” səhifəsinə daxil olaraq müraciət edə bilərlər.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?