Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
Yanvar-noyabr aylarında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 7897 kiloqram olub.
Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 108,1 faiz artıb.
Dekabrın 1-nə olan vəziyyətə əsasən, 771,4 kiloqram hazır məhsul ehtiyatı qalıb.