31 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCIAF) üzvləri arasında ölkəmizdə rəqabətin tənzimlənməsinin alətləri və prioritetlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qros, CCIAF-nin idarəedici direktoru Zibər Hüseynova bu formatda olan təşkil edilən görüşlərin, aparılan müzakirələrin, dövlət-özəl sektor tərəfdaşlığının önəmini qeyd ediblər.

Dövlət Xidməti rəisinin müavini Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, antiinhisar nəzarəti və rəqabət sahələrində davamlı institusional islahatların aparıldığını, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə rəqabətin təşviqi üçün yeni alətlərdən istifadə olunduğunu qeyd edib.

Tədbirdə bildirilib ki, qisa müddət ərzində Rəqabət Məcəlləsinin hökumətə təqdim olunacağı gözlənilir. Bununla yanaşı, dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən “Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsi hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.

Qeyd edilib ki, şəffaflığın artırılması məqsədilə prosedurların icra edilməsində maksimum rəqəmsallaşmaya üstünlük verilir. Bununla yanaşı, azad rəqabət mühitinin qorunması, istehlakçı məmnunluğunun təmin edilməsi və milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyin yüksəldilməsi Dövlət Xidmətinin strateji hədəfləri kimi müəyyən olunub.

Sonda tədbir iştirakçıları arasında rəqabətin tənzimlənməsinin alətləri və prioritetlərinə dair müzakirələr aparılıb, Dövlət Xidmətinin nümayəndələri tərəfindən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvlərini maraqlandıran suallar cavablandırılıb.

İqtisadiyyatAzərbaycan-ABŞ “Yaşıl Enerji” Forumu keçiriləcək Ekspert RəyiBeynəlxalq müqavilələrin vergi ilə bağlı müddəalarının tətbiqinə hansı halda məhdudiyyət qoyulur? İqtisadiyyatEldəniz Əmirov: “Manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur” VergiSatışdankənar gəlirlər məcmu gəlirlərə aid edilirmi? İqtisadiyyatİqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək SosialXüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb Ekspert RəyiTransfer qiymətinin müəyyən edilməsi ilə bağlı yenilik VergiNağd pul hesablaşmaları necə rəsmiləşdirilir? VergiDövlət Vergi Xidməti sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb