14 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakı-Tbilisi-Qars dəmir yolunda rəqabətqabiliyyətli tariflərin müəyyən edilməsi müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri (RİNN) Rəşad Nəbiyev Bakıda keçirilən 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Natiya Turnava ilə görüşüb.

RİNN-dən bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizlərinin potensialının artırılmasının ölkələrimiz arasında yükdaşımaların inkişafına təsiri və beynəlxalq yükdaşımalarında tətbiq olunan tariflər barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi müzakirə edilib. Layihə üzrə aparılan işlərin sürətləndirilməsi, icra edilmiş işlərin mərhələli şəkildə istismara qəbul edilməsi və layihənin idarəetmə strukturunda dəyişikliklərin edilməsi kimi məsələlər müzakirə predmeti olub. Eyni zamanda, iki ölkə arasında Bakı-Tbilisi-Qars dəmiryolu üzrə yükdaşımalarına əlavə yük həcminin cəlb edilməsi və rəqabətqabiliyyətli tariflərin müəyyən edilməsinə dair müzakirələr aparılıb.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?