24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!

İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!

Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən iqtisadi subyektlər 2021-ci il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

Sıra №si

Məcburi audit subyektləri

Məcburi auditdən keçmənin qanunvericilikdə
təsbiti və əsası

1.

İctimai əhəmiyyətli qurumlar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən.

2.

Məhdud məsuliyyətli cəmiyyətlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə.

3.

Səhmdar cəmiyyətləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
107.6-cı maddəsində nəzərdə tutulan şərtlərlə.

4.

Banklar və digər kredit təşkilatları

“Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun

8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.

5.

Sığorta təşkilatları və cəmiyyətləri

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsinə əsasən.

6.

İnvestisiya fondları

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli

1101-IIIQ saylı Qanununun 26-cı maddəsinə əsasən.

7.

Maliyyə-sənaye qrupları

“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 10 iyun tarixli 123-IQ saylı Qanununun 16-cı və 17-ci maddələrinə əsasən.

8.

Fondlar

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

115.3-cü maddəsinə əsasən.

9.

Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər)

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli

716-IIQ saylı Qanununun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə.

10.

Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrnat və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən

11.

Publik hüquqi şəxslər

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ saylı Qanununun 12-1-ci vəPublik hüquqi şəxslərin nizamnamələrinə əsasən.

12.

Siyasi Partiyalar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə) Qanununun 14.6-cı maddəsinə əsasən.

13.

Kəndtəsərrüfatıkooperativləri

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli № 270-VQ saylı Qanunun 5.4-cü maddəsinə əsasən.

14.

Bələdiyyələr

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli № 772-IQ saylı Qanunun 13-cü maddəsinə əsasən.

15.

İnvestisiya şirkətləri, fond birjaları, klirinq təşkilatları və investisiya fondları

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli № 1284-IVQ saylı Qanunun 61-ci maddəsinə əsasən.

16.

Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və ya Sərəncamlarına əsasən

Sizi ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının uğurla həyata keçirilməsində yaxından iştirak etməyə çağırırıq. Bildiririk ki, iqtisadi subyektlər auditor seçimində sərbəstdirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz (http:// www.audit.gov.az). Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması