2 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Paytaxtda muzdla işləyənlərin sayı artıb

2019-cu ilin yanvar ayında  Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilə nisbətən 14 min 899  nəfər artaraq 710 min 130 nəfər olub. Həmin dövrdə paytaxda orta aylıq əməkhaqqı da 4,6 faiz artıb və 799 manat təşkil edib. 

Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub. Paytaxtın Nəsimi rayonu muzdlu işçilərin sayına görə öndədir - 162 min 29 nəfər. Siyahıda ikinci olan Səbail rayonunda muzdlu işçilərin sayı 114 min 56 nəfər, Yasamalda isə 103 min 782 nəfər təşkil edib. Bu sahə üzrə ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb – 1575 manat. Səbaildə bu göstərici 1372,1 manata, Qaradağda isə 1138,7 manata çatıb.

Muzdlu işçilərin sayı (nəfər)

Orta aylıq nominal əməkhaqqı (manat)

Bakı şəhəri - cəmi

710.130

799,0

o cümlədən rayonlar:

Binəqədi

45.740

456,6

Xətai

61.552

820,4

Xəzər

29.674

728,5

Qaradağ

24.102

1.138,7

Nərimanov

70.400

550,8

Nəsimi

162.029

684,5

Nizami

45.078

645,1

Pirallahı

7.910

1.575,0

Sabunçu

27.063

536,0

Səbail

114.056

1.372,1

Suraxanı

18.744

617,9

Yasamal

103.782

702,3

VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?