19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qətərdə bir sıra görüşlər keçirilib

Qətərə səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentlyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bir sıra görüşlər keçirib.

Qətər Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Məhəmməd bin Əhməd bin Tvar ilə görüşdə potensial əməkdaşlıq imkanlarına, qarşılıqlı ticarət və biznes missiyalar təşkil etməklə sahibkarlar arasında əlaqələrin genişləndirilməsinə, KOB-ların ticarət əlaqələrinin inkişafı üçün yeni platformaların yaradılmasına dair fikir mübadiləsi aparılıb.

Qətər İnkişaf Bankının icraçı direktoru vəzifəsini icra edən Abdulrahman Hesam Əl Sovaidi ilə görüşdə isə KOBİA və bank arasında bu ilin iyun ayında Sankt-Peterburqda imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər və əməkdaşlıq imkanları müzakirə edilib.

Səfər çərçivəsində həmçinin, KOBİA nümayəndələri Qətərdə sahibkarlara dəstək məqsədilə yaradılmış biznes inkubatorun fəaliyyəti ilə tanış olublar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?