19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı növbəti hərrac keçirilib

Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır. Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 9 dekabr tarixində baş tutub. Hərracda Qaradağ rayonunun “Çənlibel” və “Karvansaray” mişar daşı yataqlarının müvafiq olaraq 7 və 8 hektar sahəsi, Hacıqabul rayonunda yerləşən “Atbulaq-1” sement xammalı yatağının 5 hektar sahəsi, Şəmkir rayonunun “Şəmkir qranodiorit” yatağının 5,1 hektar sahəsi istifadəyə verilib.

Hərrac qaydasında istifadəyə verilmiş faydalı qazıntı yataqları üzrə qaliblərin siyahısı və digər məlumatlarla buradan tanış olmaq olar: ( https://bit.ly/3oDoGRu )

Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 14, 24 dekabr və 17 yanvar tarixlərində keçiriləcək.

Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?